Ərdəbilli ağır atlet Hüseyn Yəzdani dünyanın ən güclü yeniyetməsi olub

17 yaşlı ərdəbilli ağır atlet Hüseyn Yəzdani dünya gənclərinin ağır atletika yarışlarında dünyanın ən güclü yeniyetməsi olub.

Ərdəbildən olan 17 yaşlı ağır atlet Hüseyn Yəzdani böyük üstünlüklə – ən yaxın rəqibindən 11 kiloqram artıq nəticə göstərərək gənclər arasında super-ağır çəki dərəcəsində dünya çempionu olub və Peruda keçirilən dünya çempionatında “ən güclü gənc ağır atlet” adına layiq görülüb.

Yəzdani birdən qaldırma hərəkətində 144 kiloqramı qaldırmaqla, Ermənistan təmsilçisi Hovhannisyan (150 kq) və Rusiya təmsilçisi Karavayevin (147 kq) ardından üçüncü yeri tutaraq bürünc medal qazanıb.

Bu ərdəbil­li atlet təkanla qaldırma hərəkətində bütün rəqiblərini geridə qoyaraq çempion olub. Yəzdani artıq ilk cəhddə 180 kiloqramı qaldırmaqla rəqiblərinin işini çətinləşdirib və ardınca 190 kiloqramı da qaldıraraq Ermənistan və Rusiya təmsilçilərini 11 kiloqram fərqlə geridə qoyub. Bununla da o, təkanla qaldırma və toplam nəticədə iki parlaq qızıl medalın sahibi olub.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir