Eşitmə Qüsurluların Asiya Oyunları / Sələhşur İranın qızıllarını 9-a çatdırıb

İranın milli cüdoçusu Əli Sələhşur Eşitmə Qüsurluların Asiya Oyunlarının 6-cı günündə çempion, Mehrdad Bədaği isə ikinci olub.

Xarici KİV-in verdiyi məlumata görə, Eşitmə Qüsurluların 10-cu Asiya Oyunlarındakı İran idman karvanı Əli Sələhşur və Mehrdad Bədaği ilə cüdo üzrə qızıl və gümüş medala sahib olub.

Belə ki, Əli Sələhşur yeddi ölkənin təmsilçilərinin iştirakı ilə keçirilən cüdo yarışlarının 66 kq-çəki dərəcəsində 1-ci yeri tutaraq qızıl medal qazanıb. Mehrdad Bədaği isə 60 kq-da və beş ölkənin nümayəndəsi arasında gümüş medal əldə edib.

Əli Sələhşurun qazandığı qızıl medal İran idman karvanının Eşitmə Qüsurluların 10-cu Asiya Oyunlarındakı 9-cu qızıl medalı sayılır. Həmçinin Bədaği bu yarışlarda gümüş medal qazanan İranın dördüncü idmançısı olub.

Bu yarışlarda İranın medal qazanan idmançıları bunlardır:

Qızıl medal:

Yəzdan İslami (çəki atma)

4 nəfərdən ibarət mili şahmat komandası

Mühəddisə Ğulami Nejad (taekvando)

Fatimə Zəhra Zelikani (taekvando)

Şəbnəm Yari (taekvando)

Nəsibə Şəhbazi (taekvando)

Mehdi Pur İsmail (taekvando)

Əmir Hüseyn Zari (disk atma)

Əli Sələhşur (cüdo)

Gümüş medal:

Mərziyə Xoş Əhval (taekvando)

Vəhid Zeynalı (taekvando)

Mehran Sərəfraz (10 min metr qaçış)

Mehrdad Bədaği (cüdo)

Bürünc medal:

Armin Rəhmətpur (şahmat)

Əlirza Kermani (boulinq)

Məryəm Xudabəndə (taekvando)

Poosme taekvando komandası

Zəhra Çöhre Alim (atletika)

Mehran Sərəfraz (atletika)

Milli stolüstü tennis komandası

Əmir Salar Əmiri (taekvando)

Behzad Əmiri (taekvando)

Əlirza Şərifi Məneş (taekvando)

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir