İranın 4 nəfərlik şahmat milli komandası Eşitmə Qüsurluların 10-cu Asiya Oyunlarında İranın idman karvanının ilk qızıl medalını qazanıb.
Xarici KİV-in verdiyi məlumata görə, Eşitmə Qüsurluların 10-cu Asiya Oyunlarındakı yarışlarının davamında dünən şahmat yarışları keçirilib. Bu yarşıda İranın dörd nəfərdən ibarət milli komandası çempion olub və qızıl medal qazanıb.
İranın şahmat üzrə milli komandasının üzvləri olan Nəyyir Gülüzadə, Zeynəb Gülşəni, Armin Rəhmətpur və Purya Cəmali bu yarışlarda iştirak edən İranın idman karvanının ilk qızılını əldə ediblər.
Bundan əvvəl İran idman karvanı şahmat üzrə Armin Rəhmətpur, boulinq üzrə Əlirza Kermani, taekvando üzrə Kərim Xudabəndə və Poomse taekvando komandası tərəfindən dörd bürünc medal qazanmışdı.