İranlı mütəxəssislər nanotexnologiyası və günəş enerjisindən istifadə etməklə qaranlıqda və çətin yollarda avtomobil idarəsini asanlaşdıran bir məhsul istehsal ediblər.
Gecə, xüsusən də dolama yollarda, dumanlı ərazilərdə və qaranlıq kəsişmələrdə avtomobil idarə etmək çox çətindir. Belə yollarda sürücülərin rahatlığı üçün trafik pişik gözü adlı cihazın işığından istifadə olunur. Bununla əlaqədar olaraq,iranlı mütəxəssislər bu məhsulu günəş tipli nanotexnologiya ilə hazırlamağa nail olublar. Bu məhsul günəş işığı ilə doldurulur və adi növləri ilə müqayisədə daha çox işığa malik olduğundan, elektrik enerjisi olmayan bölgələr üçün də çox münasibdir.
Qeyd olunan bu texnoloji məhsul gün ərzində günəş işığını udub, batareyada saxlayır və günəş batan zaman saxlanılmış enerjidən istifadə etməklə işıqlanır, yolları işıqlandıraraq avtomobillərin hərəkətini təhlükəsiz edir.
İran Elm və Sənaye Tədqiqatları Təşkilatının Elm və Texnologiya Parkında yerləşən İnkişaf Mərkəzinin icra direktoru Baharə Nasir Məliki verdiyi müsahibədə deyib: Məhsulumuz təhlükəli dolama yollar üçün superkondensatorla gücləndirilmiş günəş pişik gözüdür ki, qırmızı və yaşıl kimi müxtəlif rənglərə malikdir və qırmızı daha çox istifadə olunur.

Nasir Məliki əlavə olaraq bildirib: Bu məhsulun batareyası gündüz, hətta buludlu və yağışlı havada günəş şüasının saçması ilə tamamilə dolur və gecə yanıb-sönür. Əslində bu məhsul günəş işığını gündüz udur, gecə və havanın qaranlığında kiçik LED-lər vasitəsilə yanıb-sönərək yolu aydınlaşdırır.
İranda bu məhsulun Çin nümunəsi var və onunla müqayisədə bizim məhsulumuzun qiyməti çox aşağıdır. Biz onun günəş panellərini idxal etmiş, məhsulun qalan hissələrini isə ölkə daxilində istehsal etmişik.