Ordunun Hava Hücumundan Müdafiə Qüvvələrinin komandiri deyib: Hal-hazırda ökənin ön müdafiə xəttindəki Hava Hücumundan Müdafiə Qüvvələri hazırlıq və döyüş qüdrəti baxımından özünü təmin etmənin ən yüksək səviyyəsindədir.
Əmir Əlirza Səbahi Fər bu gün Qəzzə xalqına zülm olunduğunu bildirərək, deyib: Şəhid “İmad Muğniyə” və şəhid “Fuad Şükür”ün xatirəsini əziz tutur, onlar üçün ali dərəcələr diləyirik.
O, əlavə edib: Biz Hava Hücumundan Müdafiə Qüvvələrində, bir millətin həyatının, qüdrət komponentlərini gücləndirməkdən asılı olduğunu bildirən inqilab rəhbərinin bəyanatlarına diqqət edirik. Bu əsasla da, HavaQüvvələrinin alim və mütəxəssisləri hava hücumundan müdafiə döyüş səhnəsini diqqətlə təhlil edərək inqilab rəhbərinin göstərişlərinə əməl edirik. İnqilab rəhbəri son illərdə 600 dəfədən çox hava hücumundan müdafiə məsələsinə toxunub və onu ölkənin ləyaqəti, mövcudluğu və etibarının müdafiəsindəki ön xətt adlandırıb.
Hava Hücumundan Müdafiə Qüvvələrinin komandiri vurğulayıb: Biz qlobal təkəbbürlü aerokosmik təhdidləri nəzərə alaraq Hava Hücumundan Müdafiə Qüvvələrində hava hücumundan müdafiə gücünü artırmışıq. Digər təhdidlərdən də qafil deyilik və mənfur sionist rejimi də diqqətlə izləyirik.
O, həmçinin deyib: Biz çoxlu səylər nəticəsində komando və idarəetmə sistemlərinin, hər növ raket avadanlıqlarının, radiasiyalı və radiasiyasız radarlar və sensorların, dronların, məlumat toplama sistemlərinin, yüksək texnologiyalı elektron və kiber döyüş avadanlıqlarının dizaynı və istehsalı sahəsində özünü təmin etmə mərhələsinə çatmışıq. Biz qabaqcıl aerokosmik təhdidlərə uyğun olaraq bütün sahələrdə özünü müdafiənin ehtiyac duyduğu şeyləri dizayn və istehsal etməyi bacarmışıq.
Əmir Səbahi Fər son illərdə düşmənin regionda müqavimət mərkəzi olan İranla düşmənçiliyinin artma səbəbinin, İranın onların müstəqilliyə və həqiqi azadlığa uzanan əlləri ilə mübarizə aparması və onların da inqilabla mübarizəsi olduğunu bildirərək, deyib: Hava hücmundan müdafiə döyüşçüləri ölkə səmasını qorumaqda “Allah hüdudlarını qoruyanlar”dır. Fəxr edirik ki, rəhbəri və xalqı Hava Hücumundan Müdafiənin sadiq əməkdaşlarına dəstək olan bir hökumətdə xidmət edirik. Bizim vəzifəmiz millətə fəda olmaqdır.
O, qeyd edib: Hava Hücumundan Müdafiə Qüvvələri raket, radar və kəşfiyyat sistemləri də daxil olmaqla, öz ehtiyaclarını təmin etməkdə heç bir ölkəyə bağlı deyil və qabaqcıl hibrid münaqişə sistemlərinin dizaynı və istehsalında özünü təmin etmə mərhələsinə çatıb.
Əmir Səbahi Fər sözlərinin davamında deyib: Tam əminliklə bildirirəm ki, Hava Hücumundan Müdafiə Qüvvələri 24 saat və davamlı olaraq il ərzində möhkəm iman və yorulmaz qüdrətlə avadanlıqları daim optimallaşdıraraq müxtəlif miqyaslarda müxtəlif növ təlimlər keçirməklədünyanın ən hazırlıqlı silahlı qüvvələrindən biridir.
O, həmçinin deyib: Hazırlığı qorumaq və daim ucaltmaqla ölkə hüdudlarını müdafiə etmək və müqəddəs müdafiə nailiyyətlərini qorumaq üçün canımızı millətə və ölkəyə fəda etməyə dair siz millətlə əhd bağlayırıq.