Hovuz xlorunun ağıllı şəkildə tənzimlənməsi üçün texnoloji məhsul

İranda ilk dəfə olaraq mütəxəssislər hovuz suyundakı xlorun miqdarını tənzimləyən və uzaqdan idarə olunan məhsul hazırlayıblar.

Hovuz suyu yenidən istifadə edilə bilməsi üçün definzfeksiya edilməlidir. Dezinfeksiya üçün də xlordan istifadə edilir. Buna görə də, xlorun miqdarı və onun tənzimlənməsinin əhəmiyyəti çoxdur. Çünki onun çoxluğu zəhərlənməyə səbəb olur.

Startap şirkətlərdən biri hovuz suyunun molekullarındakı xörək duzunu parçalayıb, xloru buraxan və sudakı xlorun miqdarına nəzarət edən sensorlara malik olan bir məhsul hazırlayıb. Həmçinin bu sistem internetə birləşir və uzaqdan idarə olunma imkanına sahibdir. Bu sistem İranda ilk dəfə olaraq istehsal olunub. Bundan öncə isə ölkəyə kənardan gətirilirdi.

Tehran Universitetinin Elm və Texnologiya Parkında yerləşən bu şirkət 2021-ci ildə yaradılıb. Bir ildən sonra bu şirkət elm təməlli olub və bu məhsul da kommersiyalaşdırılıb.

Məhəmməd Hüseyn Şəmxani verdiyi müsahibədə deyib: Adətən hovuzlarda dezinfeksiya üçün xlordan istifadə olunur. On ildir ki, Avropada tərkibində xlor olan duz bir litrə maksimum 3 qram əlavə olunur. Halbuki göz yaşı suyu litrdə 9-10 qram duzluğa malikdir.

O, əlavə edib: Biz maksimum 3 qram duza malik olan bu suyu hazırladığımız cihazdan keçiririk. Titan bıçaqlara sahib olan bu cihaz duz molekullarını parçalayıb, xloru buraxır.

Şəmxani, həmçinin bildirib: Bizim istehsal etdiyimiz sistem hovuz suyunun molekullarındakı xörək duzunu parçalayıb, xloru buraxır. Bu zaman su şəffaf olur və göz qıcıqlanması, saç tökülməsi kimi yan təsirlər ortaya çıxmır. Bundan əlavə, o, sahib olduğu sensorlarla sudakı xlorun miqdarına nəzarət edir.

Bu fəal texnoloq sözlərinin davamında deyib: Nəhayətdə, bu sistem internetə qoşulur və avtomatik idarə olunur. Əslində, onun bir hissəsi əşyaların interneti ilə bağlıdır. Hovuzda suyun, içərisindən keçən, nəticədə isə təmizlənmiş suyu buraxan və suya aid zərrəcikləri saxlayan bir qum filtri var. Biz cihazı bu filtrin arxasında quraşdırırıq.

O, həmçinin qeyd edib: Biz bu məhsulu ev hovuzları əsasında hazırlamışıq. Ümumi hovuzlar tərəfindən də çox yaxşı qarşılanıb və buna görə də, biz onun sənaye versiylararını hazırlamışıq. Şəmxani sonda deyib: Bu məhsul su böhranı şəraitində də çox münasibdir. Digər hovuzlarda suyun PH səviyyəsinə nəzarət olunmadığını nəzərə alsaq, bu, məsələn 3 aydan sonra suyun çirklənməsinə və onun atılmasına səbəb bilər. Amma bu cihazla suyun dəyişdirilməsi 2-3 il ərzində bir dəfə yerinə yetirilə bilər.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir