İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin ən yeni raket şəhəri Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Baqirinin iştirakı ilə təqdim edilib.
SEPAH-ın Aerokosmik Qüvvələri yüzlərlə raket şəhərlərindən birində “Xeybərşekən”, “Hacı Qasim”, “İmad”, “Siccil”, “Qədr” və “Kruz Paveh” də daxil olmaqla, çoxlu ballistik raketlər nümayiş etdirib.
Bu təqdimat Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri və SEPAH-ın Hava-Kosmik Qüvvələrinin komandanı general Əmirəli Hacızadənin iştirakı ilə baş tutub.
General-mayor Baqiri bu səfər zamanı bildirib: Doğru vəd 2 əməliyyatının gücünü on dəfələrlə artırmaq üçün lazım olan bütün komponentlər hazırlanma mərhələsindədir. Əlbəttə ki, bizim inkişaf sürətimiz düşmənin zəif tərəflərini bərpa etmə sürətindən xeyli yüksəkdir və bu güc balansında düşmən şübhəsiz geridə qalacaq. Silahlı Qüvvələrimiz inkişaf, yüksəliş və güclənmə yolunu qətiyyətlə davam etdirəcək.
İran İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı briqada generalı Hacızadə daha əvvəl bəyan etmişdi ki, əgər hər həftə raket şəhərlərinin təqdimatı keçirilərsə, iki il ərzində bitməz.







