İran komandası Maleziyada keçirilən 2-ci Beynəlxalq Nano Olimpiyadasında birinci yeri tutaraq qızıl medal əldə etməyə nail olub.
Xarici KİV-in verdiyi məlumata görə, İran komandası 2-ci Beynəlxalq Nano Olimpiyadasında birinci yeri tutmağı bacarıb.

Aşağıdakı videoda 2-ci Beynəlxalq Nano Olimpiyadasının ən yaxşılarının elan olduğunu və Maleziya Təhsil naziri tərəfindən İran komandasına mükafatın verilmə anını müşahidə edə bilərsiz.
Qeyd etmək lazımdır ki, bu olimpiyadanın birincisi 2018-ci ildə İranın ev sahibliyi və İran da daxil olmaqla, Tayvan, Maleziya, Rusiya, Cənubi Koreya, Almaniya və İtaliyanın iştirakı ilə Pərdis Elm və Texnologiya Parkında keçirilib.
İkinci olimpiyada isə Korona pandemiyası səbəbilə 6 il fasilədən sonra bu il Maleziyanın ev sahibiyi ilə baş tutub.
Nano Olimpiyadası İranın Nanotexnologiya Mərkəzinin təşəbbüsü və təklifi ilə beynəlxalq formlarda, o cümlədən Asiya Nano Formunda dünyada ilk dəfə olaraq təqdim edilib və alqışlanıb.
İran İslam Respublikası bu olimpiyadanın qaydalarını hazırlamaqla yanaşı, Tehranın rəhbərliyi və Rusiya, Tayvan, Cənubi Koreya, Avropa İttifaqı və sonralar Omandan olan üzvlər qəbul etməklə rəhbərlik komitəsi yaradıb.
Buna görə də, Beynəlxalq Nanotexnologiya Olimpiyadasının daimi katibliyi Tehrandadır və onun icra katibliyi də hər iki ildən bir ev sahibliyi edən ölkədə təyin və təşkil olunur.