İran 21 yaşlı İsmaili ilə ikinci qızıl medalı adına yazdırıb

İranın 67 kq çəkidə yarışan Yunan-Roma güləşçisi Ukraynadan olan titullu rəqibini məğlub edərək Olimpiyadanın qızıl medalını qazanıb.

Paris 2024 Olimpiyadasının 67 kq çəkidə keçirilən final görüşündə böyüklər arasında Asiya qızıl medalının və gənclər arasında 2 dünya qızıl medalının sahibi Səid İsmaili Tokyo Olimpiyadasının gümüş medalına sahib ukraynalı Pərviz Nəsibov ilə mübarizə üçün döşək üzərinə çıxıb. O, ilk 3 dəqiqənin sonunda 3-0 hesabı ilə geri idi, amma unikal performansla 6-5 hesablı üstünlük əldə edərək Olimpiyadanın qızıl medalına sahib olub.

İsmaili bundan öncə ilk mərhələdə əlcəzairli İshaq Qayo ilə qarşılaşıb və sonda böyük üstünlüklə 10-0 qalib gələrək dörddə bir finala yollanıb.

O, bundan sonra unikal çıxış göstərərək Dünya və Olimpiya Oyunlarının qızıl medalına sahib olan kubalı Orta Sançes üzərində 9-0 hesablı qələbə qazanıb və yarım finala vəsiqə əldə edib. Yarım finalda da dünyanın bürünc medalına sahib erməni Slavik Qalestyana 10-4 hesabı ilə qalib gələrək final mərhələsinə çıxıb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir