İran dərmanlarının dünyanın 40 ölkəsinə ixrac olunması

Qida və Dərman Təşkilatının nəzarətində olan Dərman və Maddələr İdarəsinin baş direktoru deyib: Biz dünyanın 40 ölkəsinə dərman ixrac edirik ki, bu da istehsal edilən məhsulların keyfiyyətini göstərir.

Qida və Dərman Təşkilatının nəzarətində olan Dərman və Maddələr İdarəsinin baş direktoru Qulam Hüseyn Sadiqiyan İranın dərman istehsalı sahəsindəki strukturları və imkanlarına toxunaraq bildirib: Müxtəlif formalarda 450-dən çox dərman istehsalı xəttimiz var.

O, sözlərinin davamında deyib: İranda dərman istehsalının keyfiyyətinə olan nəzarətin dünya ilə eyni səviyyədə oldğunu vurğulayaraq bildirmək istəyirəm ki, hal-hazırda dünyanın 40 ölkəsinə dərman ixrac edirik ki, bu da istehsal edilən məhsulların keyfiyyətini göstərir.

Sadiqiyan İranın əczaçılıqdakı qüdrəti barəsində isə deyib: Ölkələr keçirilən sərgilərdə əczaçılıq imkanları və güclərini, o cümlədən qablaşdırılmış xammal və dərman məhsullarını nümayiş etdirirlər. Biz digər ölkələrdə sərgi keçirmək potensialına sahibik. Əgər bir ölkədə müraciət edərsə, biz həmin sərginin daha yaxşı keçirilməsi üçün kömək etməyə tamamilə hazırıq.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir