İran təmsilçisi dünya hərbiçiləri arasında keçirilən voleybol üzrə dünya çempionatının finalında Hindistanı məğlub etməklə, yarışların qızıl medalına sahib olub.
Dünya hərbiçiləri arasında keçirilən voleybol üzrə 38-ci dünya çempionatının son mərhələsi Sentyabrın 23-də Voleybol Federasiyasının idman zalında iki qarşılaşma ilə davam edib.
İsa Səngdəvininin rəhbərli altında bu yarışlarda iştirak edən İran hərbiçilərinin Voleybol komandası bu mərhələdə Hindistan komandası ilə qarşılaşıb. İran komandası 3-1 hesablı qələbə ilə 4-cü qələbəsini qazanaraq bu yarışların qalibi olub.
İran təmsilçisi birinci setdə 22-25 hesabı ilə məğlub olsa da, oyunun davamında 25-18, 25-22 və 25-21 hesablı üstünlüklə Hindistan təmsilçisini məğlub edərək yarışların 1-ci pilləsində qərarlaşıb.
İlk mərhələdə Hindistan və Şri Lanka üzərində qələbə qazanan İran komandası yarım finalda Azərbaycan komandasını məğlub edərək finala yollanıb.
Təsnifat oyununda Özbəkistan komandası Azərbaycan komandasını 25-23, 25-13 və 25-18 hesablı ilə 3-0 məğlub edib və üçüncü yeri əldə edərək yarışların bürünc medalına sahib olub.