İran dünyanın 6-cı ölkəsi; Suyun şirinləşdirilməsi üzrə qabaqcıl texnologiyanın təqdimatı

İyunun 11-də “Abadiran” sərgisinin açılış mərasimində Bəndər Abbasda MBR üsulu ilə suyun təmizlənməsi və şirinləşdirilməsi üzrə qabaqcıl texnologiyanın onlayn və uzaqdan açılışı olub. Bu texnologiya bundan öncə, yalnız 5 ölkədə mövcud idi.

İyun ayının 11-də Milli “Abadiran” səgisinin ikinci dövrəsinin açılışı olub. Bu sərgidə prioriteti və tətbiqi kənd inkişafı və məhrumiyyətlərin aradan qaldırılması olan bacarıqlar və elm təməlli məhsullar təqdim olunacaq.

Abadiran tədbirinin açılış mərasimində elm təməlli texnologiyalardan birinin onlayn və uzaqdan təqdim etməsi baş tutub. Bu, Bəndər Abbasın kənarında quraşdırılan və istifadəyə verilən MBR üsulu ilə suyun təmizlənmə və şirinləşdirilmə texnologiyasıdır. Bu texnologiya İrandan öncə, təkcə 5 ölkənin ixtiyarında olub.

Şəhid Prezident yanında Elm və Texnologiya Müavinliyinin müavini Dehqani Firuzabadi elmi müavinliyin himayəsi altındakı şirkətlərdə üçüncü qrupun yaradılmasını xəbər verərək bildirib: Elm təməlli və yaradıcı şirkətlərin kənarında innovativ qeyri-hökumət şirkətləri adlı üçüncü qrupu da dəstəkləyəcik.

O, Abadiran sərgisi və tədbiri barəsində deyib: Resurs çatışmazlığına sahib olduğumuz halda istehsal sıçrayışı baş verməlidirsə, şübhəsiz ki, bu, texnologiya və innovasiya ilə olacaq. Abadiran texnologiyanın dəstəklənməsinin 20-30 illik nəticəsini xalqa göstərmək və gəncləri ölkə məsələlərinə bağlamaq niyyətindədir. Abadiran elitanı İrana, İranı elitaya saxlayacaq.

O, deyib: İnqilab liderinin buyurduğuna əsasən, elm təməlli şirkətlər iqtisadiyyatın milliləşdirilməsinin ən mühüm nümunəsidir. Xalq bazar inkişafında və bu şirkətlərin investisiyasında bir başa pay sahibi ola bilər.

O, vurğulayıb: Əgər innovasiyanın faydası yalnız xüsusi bir qrupa aid olarsa, xalq arasında boşluq yaranar. Dünyanın hər yerində texnologiya sinif boşluğu ilə birgədir və bu boşluğu azaltmaq üçün səy göstərilməlidir.

Qeyd etmək lazımdır ki, Abadiran sərgisi İyunun 11-dən 14-nə qədər İmam Xomeyni (r.ə) müsəllasında keçiriləcək. Bu sərgidə 5 bölmə üzrə məhsullar təqdim olunacaq: “mənzil və kənd inkişafı strukturları”, “kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq”, “sağlamlıq və reabilitasiya”, “kiçik miqyaslı məşğuliyyət” və “yumşaq və təhsil sənayesi”.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir