Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat üzrə müavin İran tibbi avadanlıqlarının 60 ölkəyə ixracına toxunaraq vurğulayıb: İnnovasiya və müasir texnologiyadan məhrum olan sənaye tədricən rəqabətdən kənarlaşdırılacaq.
Xarici KİV-in məlumatına görə, Hüseyn Afşin İyunun 8-də 26-cı Beynəlxalq Tibb, Diş, Əczaçılıq və Laboratoriya Avadanlıqları Sərgisinin açılış mərasimində (IranHealth 1404) bu sahədə fəal olan şirkətlərin səylərini qiymətləndirirək deyib: “Tibbi avadanlıq sənayesində fəaliyyət çətin və vacib bir işdir, çünki bu avadanlıq son nəticədə səhiyyə sahəsində dünyanın liderləri arasında olan iranlı həkimlərin əlinə çatır.”
O, əlavə olaraq bildirib: Yerli istehsalçıların iranlı tibb mütəxəssisləri ilə əməkdaşlıq etməsi şərəf məsələsidir.
Elm, Texnologiya və Elm Təməlliİqtisadiyyat üzrə müavin sözlərinin davaında deyib: “İranlı həkimlər, xüsusən də “qızıl əllər” adlanan həkimlər ən çətin xəstəliklərin diaqnozu və müalicəsini həyata keçirə bilirlər. Bu mütəxəssislər ən yaxşı avadanlıqlardan istifadə etməyi gözləyirlər və bu gün bu ehtiyacın böyük bir hissəsi yerli istehsal hesabına ödənilir.”
Afşin, həmçinin tibbi məhsulların keyfiyyət və təhlükəsizliyini çox vacib hesab edərək qeyd edib: Tibbi avadanlıq sənayesi istehsalçılarının təqdirə layiq yeri var. Çünki bu səylərin bir hissəsi birbaşa insanların sağlamlığı və avadanlıqların təhlükəsizliyi ilə bağlıdır.
O, yerli tibbi avadanlıqların ixrac imkanlarına toxunaraq bildirib: Əgər bir məhsul daxili istehlak standartlarını keçə bilsə, o, mütləq başqa ölkələrə ixrac oluna bilər və bu, ölkənin tibbi avadanlıq sənayesinin fəxri adlarından biri hesab olunur.