İran dünyanın 7-ci böyük polad istehsalçısı olub

Ümumdünya Polad Assosiasiyasının statistikası göstərir ki, İran 3.3 milyon ton polad istehsal etməklə ilk 10 istehsalçı ölkə arasında 10-cu yerdən 7-ci yerə yüksəlib.

İranın polad istehsalı cari ilin Mart ayında 3.3 milyon tona qalxıb. Bunu Ümumdünya Polad Assosiasiyasının ən yeni statistikası göstərir.

Bu rəqəm ötən illə müqayisədə 3.7% artıb. Eyni zamanda İran 2025-ci ilin 3 ayında  7.3 milyon ton polad istehsal edib ki, bu da, ötən ilin müvafiq dövrü iə müqayisədə 12.8% azdır.

İranın 7-ci yerə qalxması

Çin, Hindistan və Yaponiya dünyanın üç böyük polad istehsalçısıdır. Onlardan sonra ABŞ, Rusiya, Cənubi Koreya, İran, Türkiyə, Almaniya və Braziliya gəlir.

Asiyanın 62% poladı İranda

Qərbi Asiya bu ay 5.3 milyon ton polad istehsal edib. İranın 3.3 milyon tonluq polad istehsalını nəzərə alsaq, onun 62.26%-i İrana aid olur.

Bu araşdırmada yer alan Qərbi Asiya ölkələri bunlardır: İran, İraq, İordaniya, Kuveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Yəmən.

Çin, Hindistan, Yaponiya, Braziliya və İranda polad istehsalı bu ay artıb. Hindistan 7 %-lə ən yüksək istehsal artımına sahib ölkə olub.

ABŞ, Rusiya, Cənubi Koreya, Türkiyə və Almaniyada istehsal azalıb və ən çox azalma 11.7 faizlə Almaniyada qeydə alınıb.

Dünyada polad istehsalının artımı

Mart ayında dünyada polad istehsal edən 69 ölkə ümumilikdə 166.1 milyon ton polad istehsal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2.9 faiz artım deməkdir.

Lakin cari ilin ilk 3 ayı ərzində bu ölkələr ümumilikdə 468.6 milyon ton polad istehsal ediblər ki, bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 0.4 faiz azdır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir