CNN Tehranın yaxınlığındakı bir məkandan xəbər verir – burada İranın dərman və tibbi avadanlıq sahəsindəki yenilikləri bu Amerika mediasını heyrətləndirib.
Xarici KİV-in verdiyi məlumata görə, CNN xəbər şəbəkəsi xüsusi reportajında İranın dərman və tibbi sahələrdəki texnoloji və istehsal potensialını araşdırıb.
Reportajda əsas diqqət Pərdis Texnologiya Parkına və burada fəaliyyət göstərən şirkətlərə yönəlib. İranın beynəlxalq sanksiyalar şəraitində daxili istehsalı gücləndirməyə çalışdığı qeyd olunur. Aşağıda CNN-in Pərdis Texnologiya Parkı ilə bağlı reportajının mətni təqdim edilir:
Reportajda deyilir: “Tehranın yaxınlığında bir yerdə bir şirkət xərçəng dərmanı istehsal edir, başqa biri isə tam avadanlıqlı əməliyyat otaqları hazırlayır. Pərdis Texnologiya Parkı sanksiyaların ağır günlərində ümid və innovasiya mərkəzidir.”
CNN-in müxbiri reportajın digər hissəsində belə deyib: “Sanksiyalar sərt idi, amma yaradıcılığın qarşısını ala bilmədi. Pərdis Texnologiya Parkında şirkətlər qurulur, yeniliklər edilir və gələcəyə hazırlaşırlar. Bura – Pərdisdir; sanksiyaların qəlbində inkişaf və tərəqqini seçən park.”