İran istehsalı olan süni intellektli xəstə isidicisi

İranlı tədqiqatçılar süni intellektdən istifadə etməklə, əməliyyat və bərpa otağında xəstənin bədən temperaturunu iki ədəd sensorla dəqiq şəkildə tənzimləyən və idarə edən xəstə isidicisi istehsal ediblər.

Xəstələrin, xüsusən də çox qan itirmiş şəxslərin əməliyyat və bərpa otağında bədən temperaturlarının tənzimlənməsinə və nəzarət olunmasına ehtiyac var. Elm təməlli şirkətlərdən birindəki iranlı tədqiqatçılar süni intellektdən istifadə etməklə, xəstənin əməliyyat və bərpa otağındakı təhlükəsizliyini və rahatlığını təmin edən xəstə qızdırcısı hazırlayıblar.

Bu şirkət keyfiyyətli və innovativ tibbi avadanlıqların geniş çeşidini, o cümlədən beş funksiyalı rəqəmsal turniket cihazını, portativ qan inyeksiya cihazını, BFR və DVT cihazlarını təqdim edib.

Bu şirkətdə çalışan fəal texnoloq Məsud Soruş, şirkətin Şirazın Tibb Elmləri Universitetinin filialındakı keçmiş fəaliyyətinə toxunaraq bildirib: Bizim möhtəşəm məhsullarımızdan biri beş funksiyalı rəqəmsal turniket chazıdır və o, hal-hazırda ölkə boyunca mövcud olan xəstəxana və müalicə mərkəzlərində istifadə olunur. Müxtəlif təzyiqlərlə eyni zamanda iki manjeti şişitmək və boşaltmaq qabiliyyətinə malik olan bu cihaz müxtəlif orqanlarda lokal anesteziya tətbiqi üçün idealdır.

O, əlavə edib: Bu cihazın unikal üstünlüyü onun tam rəqəmsal biblok rejimidir ki, əl və ayaq əməliyyatlarını narkoza ehtiyac olmadan az miqdarda lidokain yeritməklə həyata keçirmək mümkündür.

Soruş bildirib: Bu şirkət qan inyeksiyası üçün yeni həll yolları təqdim etmək istiqamətində portativ qan inyeksiya cihazını hazırlayıb. Bu tam rəqəmsal cihaz təcili yardım maşınlarında, Qırmızı Aypara Cəmiyyətlərində, ucqar ərazilərdə və elektrik enerjisi olmayan şəraitdə istifadə üçün idealdır.

O, həmçinin bildirib: Fitnes həvəskarları bu şirkətin istehsalı olan BFR cihazının üstünlüklərindən yararlana bilərlər. Daha az çəki ilə daha çox əzələ qurmaq şüarına malik olan bu cihaz trenajor zallarında, hərbi bölmələrdə və idman komandalarında istifadə üçün nəzərdə tutulub.

Bu fəal texnoloq deyib: Bu şirkətin ən yeni məhsullarından biri iki manşet və ya iki daimi coraba sahib DVT cihazıdır və o, xəstəxanaya yerləşdirilən və reanimasiyada olan xəstələrdə qan laxtalanmasının qarşısını almaq üçün istifadə olunur. Üç funsksiyalı rejim və dəqiq sensorlu bu cihaz təzyiqə, vaxta və performansa dəqiq şəkildə nəzarət edir.

O, xəstə qızdırıcısının süni intellekt ilə xəstənin əməliyyat və bərpa otağındakı təhlükəsizliyini və rahatlığını təmin etdiyini qeyd edərək deyib: Arsam xəstə qızdırıcısı süni intellektdən istifadə etməklə xəstənin bədən temperaturunu dəqiq şəkildə tənzimləyir və ona nəzarət edir. İki sensor, sistem və maye qızdırıcısı olan bu cihazı əməliyyat və bərpa otağında, xüsusən də çox qan itirmiş xəstələr üçün istifadə etmək idealdır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir