İran istehsalı olan video oyun beynəlxalq mükafatlara layiq görülüb

İran tədqiqatçıları tərəfindən hazırlanmış video oyun nüfuzlu beynəlxalq festivallardan müxtəlif mükafatlar qazanıb.

Müharibə oyunları uşaqların ruhuna və psixologiyasına çox zərər yetirir. Pərdis Texnologiya Parkının Elit Texnologiya İnkişafı Mərkəzində yerləşən elm təməlli şirkətlərdən biri müharibə əleyhinə oyun hazırlayıb. Bu oyun Orta Şərq mühitində hazırlanıb və oyundakı kor uşağı qorumaq üçün müxtəlif mexanizmlər oyuna daxil edilib.

Bu oyun müharibə əleyhinə video oyun yaratmaqla nüfuzlu beynəlxalq festivallardan müxtəlif mükafatlar qazanmağı bacarıb.

Bu şirkətin həmtəsisçisi Mehdi Sədri şirkətin bu yeni məhsulu barəsində deyib: “Fatherhood” (atalıq) oyunu müharibə əleyhinə olan bir oyundur. Oyunçu bu oyunda kor uşağını qorumağı öhdəsinə götürən bir ata rolunu oynayır. Bu oyun müharibənin müxtəlif insanların həyatına vurduğu dağıdıcı təsirləri çatdırır.

O, əlavə edib: Bu oyun Orta Şərq mühitində hazırlanıb və oyundakı kor uşağı qorumaq üçün müxtəlif mexanizmlər oyuna daxil edilib. O mexanizmlərdən biri müharibə mühitindən yaranan qorxunu aradan aparmaq üçün uşağı qucaqlamaqdır.

Sədri bu oyunun əldə etdiyi mükafatlar barəsində deyib: Ölkə daxilində oyunu təqdim etmək üçün imkanlar məhduddur. Amma beynəlxalq arenada bir çox mükafatlar əldə edə bilmişik. Onlardan Busan Indie Connect Festival 2022-dəki iki mükafata, yəni ən yaxşı hekayə və ən yaxşı sosial təsir mükafatlarına işarə etmək olar.

O, həmçinin bildirib: Indie Cup Europe Festival və Indie X 2023 tədbirində mükafat qazanmaq bu oyunun beynəlxalq arenada əldə etməyi bacardığı digər uğurlardandır.

Sədri qeyd edib: Bu oyun Polşanın Krakov Texnologiya Parkında keçirilən Digital Dragons tədbirində bu sürətləndiricinin tarixində ən yaxşı oyun kimi seçilib.

Elm təməlli Bazisazbash şirkətinin həmtəsisçisi əlavə olaraq deyib: Bu oyun, həmçinin Microsoft şirkətinin diqqətini cəlb edib və bu şirkətin ID@XBOX oyunlarından biri olaraq seçilib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir