“Royan Kök Hüceyrə Texnologiyası Şirkəti”nin mütəxəssisləri bioloji sarğını lokallaşdırmağa nail olublar. Bu sarğı yanıq, yataq yarası və diabetik ayaq yarası kimi xroniki yaraların sağalma zamanını bir aydan aşağı salıb.
Royan Kök Hüceyrə Texnologiyası Şirkətinin mütəxəssisləri bu yaxınlarda amniotik membran (AmiKer) adlı bioloji sarğını lokallaşdırmağa müvəffəq olublar. Bu, Səhiyyə Nazirliyindən istehsal və istismar lisenziyası əldə edilmiş bu tipli ilk məhsuldur. Həmçinin müxtəlif qablaşdırmalarda quru sarğı şəklində olan bu məhsul analıq məhsulları emalı zavodunun ilk məhsulu hesab olunur.
Bədənin dərisinə sorula bilən bu məhsul bağışlanmış insan toxumasından hazırlanır və yanıq yaraları, diabet, yataq və gözün buynuz qişası kimi əməliyyat yaraları və s. kimi xüsusi zədələri olan insanlarda yaranın sağalma prosesini süətləndirmə kimi xüsusiyyətlərə malikdir. Bu məhsulun bir dənəsinin istifadəsi mövcud sarğıların on dənəsinin istifadəsinə bərabərdir.
Yeni sarğı ilə yaranın sağalma və bərpa sürətinin artması
Royan Tədqiqat İnstitutunun elmi heyətinin üzvü Mürtəza Zərrabi bildirib: Bu elm təməlli şirkət tərəfindən lokallaşdırılmış bioloji sarğı əslində, bu sahədə geniş şəkildə istehsalı başladılmış ilk məhsuldur. Bundan öncə isə müxtəlif yaralar üçün bazarda mövcud olan sarğılardan istifadə olunurdu.

Zərrabi bu bioloji sarğının heç bir yan təsir olmadan yaranın sağalma və bərpa sürətini hiss olunacaq dərəcədə artırdığına toxunaraq deyib: Bundan öncə ölkədə belə bir sarğı istehsal edilməmişdi.
O, vurğulayıb: İran istehsalı olan bioloji sarğının texniki fənni tamamilə yerlidir. Royan şirkətinin tədqiqatçılarının elmi gücü doğuş tullantıları kimi bioloji tullantını xəstələrin müalicəsində istifadə olunan və faydalı bir məhsula çevirdiyi üçün qiymətlidir.
Royan Tədqiqat İnstitutunun tədqiqatçısı İran istehsalı olan bioloji sarğının ən mühüm xüsusiyyətlərindən birinin sarğının dəyişilmə intervalının azaldılması olduğunu qeyd edərək deyib: Bu, o deməkdir ki, bu sarğı daha çox zaman intervalı ilə yara üzərinə qoyula bilər.
O, həmçinin bildirib: Müxtəlif xəstəliklər üzrə kliniki sınaqlarda aparılmış araşdırmalar göstərib ki, hətta sağalması bir neçə ay uzun çəkən xroniki yaraların da bərpa sürəti üç-dörd dəfə artıb və bu sarğıdan istifadə etməklə yaranın sağlaması bir aydan daha aşağı düşüb.