İnqilab Keşikçiləri “Doğru vəd” əməliyyatlarını uğurla həyata keçirdikdən sonra dəniz arenasında döyüş və təhlükəsizlik imkanlarını əhəmiyyətli dərəcədə gücləndirməyə və bu sahədə təsir dairəsini genişləndirməyə nail olublar.
“Doğru vəd” əməliyyatlarını uğurla həyata keçirən SEPAH dəniz arenasında döyüş və təhlükəsizlik imkanlarını əhəmiyyətli dərəcədə gücləndirməyə və bu sahədə təsir imkanlarını genişləndirməyə nail olub. Dəniz və raket şəhərlərini inkişaf etdirməklə yanaşı, SEPAH bu gün unikal imkanlara malik raket buraxan qayıqların bir neçə modelini istehsal edib istifadəyə verib. Bu imkanlardan biri qayıqların sürətidir. SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı, briqada generalı Əlirza Tanqsiri “Biz 116 düyün sürətinə malik raket buraxan gəmi inşa etdik ki, bu da quruda saatda 215 kilometrə bərabərdir.”
SEPAH-ın ən sürətli gəmisi ilə tanışlıq

SEPAH Hərbi Dəniz Qüvvələrinin 29 Mart 2024-cü ildə təqdim edilən “Heydər 110” adlı ən yeni qayıqı dünyanın ən sürətli hərbi gəmilərindən biri kimi tanınır. Katamaran (iki gövdəli) konstruksiyasından istifadə edən bu yüngül raket buraxan qayıq çətin və təlatümlü dəniz şəraitində yüksək hərəkət qabiliyyətinə malikdir və dəniz döyüşləri sahəsində əməliyyat ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub.
“Heydər 110” uzunluğu 14 metr, eni 4.3 metr və hündürlüyü 2.8 metrə bərabər ölçülərə malikdir və saatda təxminən 200 kilometrə bərabər olan 110 düyündən çox maksimal sürətə çatmağa qadirdir; onu dünyanın ən sürətli hərbi sürətli qayqları sırasına daxil edən sürət.
Silah sahəsində bu gəmi Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin istehsalı olan iki orta mənzilli qanadlı raketlə təchiz edilib ki, bu da yerüstü təhlükələr qarşısında döyüş qabiliyyətini xeyli təkmilləşdirir.
Qanadlı raketləri atmaq qabiliyyətinə malik olan “Tariq” adlı sürətli qayığı
Həmçinin, 19 Yanvar 2019-cu ildə İran İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri sürətlə hərəkət edən “Tariq” gəmisini nümayiş etdirib. Sürəti saatda 180 kilometrdən çox olan bu gəmi sürətlə hərəkət edən döyüş qayığı kimi təsnif edilir və qanadlı raketləri atmağa qadirdir.
Uzunluğu 15 metr, eni 3 metr olan “Tariq”də ikiqat ərintilərdən hazırlanmış gövdədən istifadə olunur ki, bu da konstruksiyanın möhkəmliyini artırmaqla yanaşı, qayığın çəkisinin azaldılmasında və sürətinin yaxşılaşdırılmasında mühüm rol oynayır.
Hava hücumundan müdafiə sahəsində bu gəmi əməliyyat şəraitində hava təhlükələri ilə effektiv mübarizə aparmaq üçün çiyindən buraxılan raket sistemləri ilə təchiz edilib.

Fars körfəzinin hücum edənlərinə qarşı pusquda dayanan qırmızı arı sancısı
Əlbəttə, SEPAH Dəniz Qüvvələri, həmçinin “Aşura” (sürəti 166 km/saat), “Zülfüqar” (sürəti 100 km/saat), “Sirac” (sürəti 130 km/saat), “Zülcənah” (sürəti 96 km/saat), “Ya Məhdi” (sürəti 92.5 km/saat) və “Azərəxş” (sürəti 93 km/saat) kimi sürətli qayıqlarla də təchiz olunub ki, hər biri özünəməxsus texniki və əməliyyat xüsusiyyətlərinə malikdir.
Amerikalılar hesab edirlər ki, İran hərbi texnika növü baxımından elə bir səviyyədədir ki, qırmızı arılar kimi onların strateji gəmilərini sancaraq zərər verə bilərlər.
Bu gəmilər özünəməxsus qabiliyyətləri sayəsində ən qısa zamanda düşmən gəmilərinə ölümcül və effektiv zərbələr endirə bilirlər.

Sepah gəmilərinin digər dünya gəmilərindən fərqləndirən əsas xüsusiyyətləri
Həmçinin, SEPAH-ın sürətli qayıqlarının sürəti və özünəməxsus xüsusiyyətləri dünyadakı digər gəmilərlə müqayisədə mühüm fərqlilik yaradır; bu qayıqların maksimum sürəti 120 km/saat təşkil etdiyi halda, SEPAH qayıqlarının sürəti artıq 215 km/saatadək çatıb.
SEPAH Dəniz Qüvvələrinin komandiri hesab edir ki, biz öz qayıaqlarımızla Cənubi Parsı qorumaq və quldurlara qarşı durmaq məcburiyyətindəyik. Güclü dəniz qüvvələrimiz olsa, xalqımızın şərəfini dənizdə göstərə bilərik. Buna görə də Fars körfəzinin təhlükəsizliyini təmin etmək üçün gecə-gündüz çalışırıq.

Sürətli gəmilərin istifadəsi Müqəddəs Müdafiə dövrünə qədər gedib çıxır; həmin dövrdə SEPAH-ın sürətli katerləri əsasən 107 millimetrlik raket atıcıları və ağır pulemyotlarla təchiz olunaraq əməliyyatlar həyata keçirirdilər. Lakin bu gün bir çox müdafiə ekspertləri hesab edir ki, sürətli qayıaqlar dəniz patrulu, su sərhədlərinin qorunması, mümkün hücum və təhdidlərə qarşı müdafiə kimi müxtəlif sahələrdə geniş tətbiq imkanlarına malikdirlər.