İran kvant texnologiyalarının inkişafı yolunda

Kvant texnologiyalarının sürətlə inkişafı və bu sahənin gələcək üçün önəmi nəzərə alınaraq, Prezident yanında Elm, Texnologyi və Elm Təməlli İqtisadiyyat üzrə Müavini bu strateji sahənin inkişafını dəstəkləməyi prioritet olaraq müəyyən edib.

Xarici KİV-in Prezident yanında Elm, Texnologyi və Elm Təməlli İqtisadiyyat üzrə MüavinliyininKommunikasiya və İnformasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, 2025-ci il BMT tərəfindən Beynəlxalq Kvant Elmləri və Texnologiyaları İli (IYQ) elan edilib. Bu adlandırma kvant texnologiyalarının insan gələcəyindəki rolunu yenidən düşünmək üçün qlobal fürsət yaradır. Həmçinin kvant hesablama və rabitədən tutmuş enerji, sağlamlıq və təhlükəsizlik sahələrinə qədər elmi əməkdaşlıq, ümumi təhsil və milli və beynəlxalq siyasətlərin inkişafı üçün zəmin təmin edir.

2025-ci ilin Kvant İli elan olunması bu texnologiyanın qlobal mürəkkəb problemlərin həllində artan əhəmiyyətini göstərir və İran kimi ölkələr üçün strateji fürsət yaradır ki, məqsədyönlü investisiyalarla rəqəmsal transformasiya və texnoloji innovasiyada fəal rol oynasınlar.

Kvant texnologiyası ənənəvi texnologiyalardan üstün imkanlar təqdim edir və dərman istehsalı, kommunikasiya təhlükəsizliyi, enerji və digər sahələrdə inqilabi təsirini artıq göstərib.

Kvant texnologiyası, fizika, mühəndislik və hesablama elmlərinin birləşməsi ilə eyni anda məlumatların işlənməsi, yüksək dəqiqlikli ölçmə və təhlükəsiz rabitə imkanları yaradır. Kvant kompüterləri sürətli hesablama gücü, kvant sensorları tibb və kəşfiyyatda yüksək həssaslıq, kvant rabitələri isə ənənəvi şifrələmədən daha yüksək təhlükəsizlik təmin edir.

İran isə universitetlərdə kvant elminin təşviqi, təhsil və elmi məqalələrlə bu sahəyə daxil olub. Ölkənin fizika, fotonika və nəzəri riyaziyyat sahələrində olan elmi potensialı kvant texnologiyalarının inkişafı üçün əlverişli mühit yaradır.

Ölkənin nüfuzlu universitetləri, o cümlədən Tehran Universiteti, Şərif Texniki Universiteti, İsfahan Texniki Universiteti və Əsas Elmlər Tədqiqat Mərkəzi kvant informasiya, kvant materialları və kvant optikası sahəsində layihələr həyata keçirirlər. İranlı tədqiqatçıların beynəlxalq jurnallarda nüfuzlu elmi məqalələri nəşr olunub.

Fotoniya və dolaşıqlıq üzrə xüsusi avadanlıqlarla təchiz olunmuş tədqiqat laboratoriyaları yaradılıb və çoxdisiplinar əməkdaşlıqla tədqiqatçılar şəbəkəsi kvant texnologiyalarının inkişafı üçün zəmin yaradır. Lakin ticarət səviyyəsində texnologiyalara çatmaq hələ uzaqdır və biliklərin məhsula çevrilməsi üçün dəqiq siyasət və məqsədyönlü dəstək tələb olunur.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir