İran biotexnologiya sahəsində mühüm nailiyyətlər əldə etməklə təkcə daxili tələbatını ödəməklə kifayətlənmir, həm də texnologiyalarını ixrac edərək texnologiya diplomatiyasını yeni səviyyəyə yüksəldib.
İran son illərdə sanksiyalar və məhdudiyyətlərə baxmayaraq, biotexnologiya sahəsində mühüm irəliləyiş əldə edə bilib. Bu gün Rusiya və Türkiyə də daxil olmaqla, müxtəlif ölkələr bu yolu uğurla davam etdirmək üçün İranın təcrübələrini öyrənməyə çalışırlar. Bu dəyişikliklər təkcə İranın elmi yüksəlişindən xəbər vermir, həm də ölkənin müasir dünyada elm və texnologiyadan istifadədə uğurlu modelə çevrilməsindən xəbər verir.
Biotexnologiya və tibbi texnologiyalar bizə xəstəlikləri daha yaxşı müalicə etməyə və sağlam həyat sürməyə kömək edir. Bu texnologiyaların köməyi ilə hər bir fərd üçün sağlamlığın qorunmasına kömək edən yeni vaksinlər və fərdi müalicələr tapmaq mümkündür. Əslində bu irəliləyişlər təkcə tibb üçün deyil, həm də insanların gündəlik həyatını yaxşılaşdırmaq üçün böyük əhəmiyyət kəsb edir.
Prezident yanında Elmi Müavinliyinin Biotexnologiya, Səhiyyə və Tibbi Texnologiyalar Qərargahının katibi Mustafa Qanei:
Təxminən 20 il əvvəl Rusiya biotexnologiya sahəsində bizdən irəlidə idi və hətta bəzi rusiyalı alimlər bu texnologiyaya yiyələnməyimizə kömək etmək üçün İrana gəlmiş və bizə dəstək olmuşdular. Lakin son 10 il ərzində vəziyyət dəyişdi; Bizim biotexnoloji dərman məhsullarımız Rusiya bazarına daxil ola bildi və satışa çıxdı. Halbuki Rusiya bu sahədə özü də inkişaf etmişdi və güclü və tam infrastruktur imkanlarına malik idi.
Şəxsən mənim iştirak etdiyim görüşlərdə Rusiya rəsmiləri açıq şəkildə bildirdilər ki, “biz biotexnologiyanı sizdən istəyirik” və bu, bizim üçün böyük bir uğur sayılır.
Türkiyədə iştirak etdiyim iclaslarda isə onların da bizdən biotexnologiya üzrə bilik və texnologiya almaqda maraqlı olduqlarını gördüm. Bu onu göstərir ki, ölkəmiz bu sahədə elə bir inkişafa çatıb ki, artıq digər ölkələr bizim imkanlarımızı araşdırıb dəyərləndirdikdən sonra açıq şəkildə bu biliyi bizdən tələb edirlər.
Məsələn, Rusiya bazarında İran istehsalı olan “Sinovax” adlı məhsul, MS xəstələrinin müalicəsində istifadə edilən Amerika dərmanı “Avanex”in yerini tuta bildi. Bu da Rusiya sanksiyaları tətbiq olunmamışdan əvvəl və tam sərbəst və ciddi rəqabət şəraitində baş verib. Unutmayaq ki, Rusiya dərman sistemində tələblər olduqca sərtdir və yalnız keyfiyyət, effektivlik və rəqabətli qiymət həmin bazara daxil olmaq üçün yetərlidir.

Bu isə o deməkdir ki, biz texnologiyanın əsas yaradıcısı olan ölkələrin məhsulları ilə rəqabət apararaq onların yerini tuta bilmişik. Bu şirkətlər ABŞ hökumətini təmsil etməsələr də, həmin elmin və texnologiyanın simvollarıdırlar.
Bu əvəzləmə təkcə iqtisadi uğur deyil; həm də siyasi səviyyədə əks-sədalar doğurub və bəzi Rusiya rəsmilərini belə bir ifadə işlətməyə vadar edib: “Getməliyik və bu texnologiyanı İrandan əldə etməliyik.” Bu, bizim “texnologiya diplomatiyası” adlandırdığımız anlayışın bariz nümunəsidir.
Bu gün biz elə bir nöqtəyə çatmışıq ki, danışıqlar masasında əyləşə və qarşı tərəfdən bu sözləri eşidə bilərik: “Bu texnologiyanı sizdən alırıq və əvəzində sizə bir şey təklif edirik.” Bu da elə o gücdür ki, İslam Respublikasının elm və texnologiya sahəsində əldə etməsi gözlənilirdi.