İran təmsilçisi Qərbi Asiya Squash Çempionatında İran tarixində ilk fərdi qızıl medalı qazanıb.
Qərbi Asiya Squash yarışları həftənin çərşənbə axşamı İraqın Süleymaniyyə şəhərində başlayıb və İranın squash oyunçuları bu yarışda rəqibləri ilə mübarizə aparıblar.
İranın 4 squash oyunçusu fərdi cədvəldə öz rəqibləri ilə qarşılaşıb və yalnız Sepəhr Etimadpur cədvəldə qalıb.
Etimadpur birinci turdakı istirahətdən sonra Oman ölkəsindən olan rəqibi qarşısında qələbə qazanmaqla Qərbi Asiya Squash Çempionatı yarışlarının fərdi bölməsində 8 ən yaxşı oyunçu arasına qoşulub. Etimadpur yarışların davamında iraqlı Məhəmməd Mustafa qarşısına çıxıb və onu 3-0 nəticə ilə məğlub edərək, ilk dördlüyə daxi olub.
Bundan sonra o, yarım final mərhələsində İraqdan olan Həsəneyn Dəxili 3-1 hesabı ilə məğlub edərək, yarışların fərdi bölməsində finala vəsiqə qazanıb.
Etimadpur həftənin cümə axşamı final görüşündə tanınmış küveytli squash oyunçusu Əmmar ət-Təmimi ilə qarşılaşıb. Etimadpur bu məhşur rəqibi üzərində də qələbə qazanaraq, sinəsinə qızıl medal asmağı və Qərbi Asiyada İranın squash tarixinin ilk fərdi qızıl medalını əldə etməyi bacarıb.