İran İslam Respublikası neyron şəbəkələri və multi-agent sistemlərində Ərəbistan, Türkiyə, Maleziya, Pakistan və Misir ölkələri arasında elmi istehsal cəhətindən birinci yerdədir. İlk mövzu barəsində 2014-cü ildə 950 sənəd və 2023-cü ildə isə 2207 sənədlə aparıcı İslam ölkələri arasında yüksəliş trendini davam etdirməyə müvəffəq olub.
Bugün dördüncü sənaye inqlabının ürəyi adlandırılan süni intellekt son onilliklərdəki ən böyük hadisələrdən biridir. Süni intellekt biznes, sənaye və insanlar üçün çoxlu üstünlüklər gətirə bilər.
Süni intellekt çox geniş və mürəkkəb bir elmdir və onun vizual hesablama, təbii dil emalı, maşın öyrənməsi, robototexnika,neyron şəbəkələri və multi-agent sistemləri kimi çoxlu qolları var.
Web of Science/WOS verilənlər bazasının məlumatlarına əsasən, İran neyron şəbəkələri texnologiyasında 6-cı, İslam ölkələri arasında isə 1-ci yerdədir. Həmçinin İran dünya üzrə süni intellekt texnologiyalarında 16-cı, vizual hesablama və təbii dil emalında 25-ci, maşın öyrənməsində 17-ci, robototexnikada 27-ci və multi-agent sistemləri texnologiyasında 12-ci yerdə qərarlaşıb.
Texnologiya və innovasiyadan istifadə təkcə sənəd və məqalələr hazırlamaq deyil, həm də onun insanların həyatında tətbiq olunması və istifadə edilməsidir.
İran neyron şəbəkələrində Çin, ABŞ, Hindistan, Cənubi Koreya və İngiltərədən sonra dünyanın aparıcı ölkələri arasında 6-cı yeri tutub. Yaponiya, Almaniya və Kanada növbəti yerləri bölüşüblər. Amma İran İslam ölkələri arasında süni intellektin iki sahəsində 1-ci yerdədir və bu texnologiyada digər İran İslam ölkələri ilə müqayisədə daha yaxşı çıxış edib.