Tehran Universitetinin Elm və Texnologiya Parkı alimlərinin səyləri ilə İran EKT cihazları istehsal edən üçüncü ölkə olub və xərçəngin müalicəsi üçün bu elektroporasiya cihazının ilk milli istehsal xətti açıb.

Xarici KİV-in Tehran Universitetinin Elm və Texnologiya Parkının İctimaiyyətlə Əlaqələr Şöbəsinə istinadən verdiyi məlumata görə, bazar ertəsi (26 May) Tehran Universitetinin Elm və Texnologiya Parkında xərçəngin müalicəsi üçün İranda elektroporasiya (ECT) cihazının ilk istehsal xəttinin təqdimat mərasimi keçirilib.
Tehran Universitetinin Elm və Texnologiya Parkında yerləşən “Peshro Fanavaran Darman Pars” şirkətinin mütəxəssisləri İranda elektroporasiya ECT cihazının ilk milli istehsal xəttini işə salmağa nail olublar. Yerli texniki biliklərə əsaslanan və beynəlxalq standartlardan istifadə edən bu nailiyyət İranı xərçəngin müalicəsində bu qabaqcıl texnologiyaya malik ölkələr qrupuna daxil edib.
Mərasimdə şəhidlərin və İnqilab Rəhbərinin xatirəsini ehtiramla yad edən Əsədi bu layihəni Tehran Universiteti ilə Tehran Tibb Elmləri Universiteti arasında uğurlu əməkdaşlığın simvolu hesab edib və əlavə edib: Bu yeni texnologiya məqsədyönlü xərçəng müalicəsində inqilab yaradıb və biliyə əsaslanan iqtisadiyyat yolunda mühüm addımdır.
O, ötən ilin qışında Polad Sənayesində Biznesin İnkişafı Mərkəzinin (I4) fəaliyyətə başlamasına toxunaraq bildirib: “Bu mərkəzin açılışından cəmi üç ay sonra bu gün biz elektroporasiya maşınlarının istehsalı xəttinin istifadəyə verilməsinin şahidi oluruq ki, bu da Elm və Texnologiyalar Parkının innovativ ideyaların dəstəklənməsi sahəsində yüksək imkanlarından xəbər verir”.
Tehran Universitetinin Elm və Texnologiya Parkının rəhbəri bu kompleksin üstün mövqeyinə toxunaraq deyib: Ölkənin ilk və ən böyük universitet parkı olan bu parkda 250-dən çox texnologiya və elm təməlli şirkət var ki, onların səhmdarlarının 47%-i Tehran Universitetinin professor-müəllim heyəti, tələbələri və məzunlarıdır.
O, son üç ildə bu rəqəmin 33% artdığını açıqlayıb və gələcək hədəfin 50%-ə çatmaq olduğunu bildirib.
O, həmçinin Tehran İnnovasiya Bölgəsi üçün dördtərəfli anlaşma memorandumuna işarə edərək qeyd edi : “800 hektar ərazisi olan bu rayon park divarlarından kənarda innovasiya ekosistemini inkişaf etdirmək üçün Şəhid Həkim, Çamran, Qomnam və Modarres magistrallarının bir sahəsini əhatə edir.”
Əsədi vurğulayıb ki, bu şirkətlərin çoxu sinif otaqlarından və tədqiqat mərkəzlərindən doğulub və bu gün milli və beynəlxalq səviyyədə innovasiyalar sahəsində əsas oyunçulara çevriliblər.