İranın Yunan-Roma güləşi üzrə milli komandası dünya yeniyetmələri arasında keçirilən yarışlarda çempion olub.
Xarici KİV-in verdiyi məlumata əsasən, İranın Yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət milli komandası 3 qızıl və 3 bürünc medal qazanmaqla dünya çempionluğunu təkrarlayıb.
19-21 tarixlərində İordaniyanın paytaxtı Amman şəhərində yeniyetmələr arasında Yunan-Roma güləşi üzrə Dünya Çempionatı yarışları keçirilib.
Yarışların sonunda İran milli komandası 48 kq-da Armin Şəmsipur, 65 kq-da Əmir Mehdi Səidi Nəva və 92 kq-da Danial İzədi ilə qızıl medal qazanıb. Həmçinin 51 kq-da Əbülfəzl Kərəmi, 80 kq-da İmadrza Möhsin Nejad və 110 kq-da Əli Əsğər Dadbəxş komandasına bürünc medal qazandırıblar.
Komanda hesabında İran 140 xalla çempion adını qazanıb. Özbəkistan komandası 113 və Azərbaycan komandası 105 xalla ikinci və üçüncü yeri bölüşdürüblər.