“Dünya Universitetlərinin Elmi Məqalələrinin Performans Reytinqi” və ya “Tavyan Milli Universitetinin Reytinqi”-nin 2024-cü il hesabatı İranın 21 müəssisəsinin dünyanın ən üstün 1200 müəssisəsi arasında olduğunu göstərir.
Tehran Universiteti bu reytinq sistemində dünya üzrə 291-ci yerdə dayanan İranın ən üstün müəssisəsidir. Bundan əlavə, Xacə Nəsrəddin Tusi və Yasuc Sənaye Universitetləri də elmi heyət üzvləri əsasında normallaşmış reytinqdə dünyanın ən üstün 1200 müəssisəsi arasında yer alıblar.
Başqa sözlə desək, əgər tədqiqat nailiyyətləri elmi heyətin üzvlərinin sayı ilə müqayisədə ölçülərsə, bu müəssisə də dünyanın ən yaxşıları arasında yer alacaq. 2023-cü ildə 18 müəssisə bu reytinq sistemində qlobal mövqe qazanıb.
Bu rentinq sistemi tədqiqat yönümlüdür və böyük universitetlərin yekun siyahıda olmaq üçün daha çox şansları var. Tayvan Milli Universiteti dünyanın ən üstün müəssisələrinin yekun siyahısını dərc etmək üçün üç göstərici və səkkiz ölçüdən istifadə edir.
Tayvan Milli Universitetinin reytinq sisteminin 2024-cü il hesabatına əsasən, Harvard Universiteti ən yüksək göstərici ilə dünya müəssisələrinin lideridir. Sonrakı yerləri Stanford Universiteti, London Universiteti, Toronto Universiteti, Oksford Universiteti, Con Hopkins Universiteti, Tsinxua Universiteti, Sincan Universiteti və Kembric Universiteti tutur.