İranın, alimlərin məqalələrinin beynəlxalq təsir indeksindəki inkişafı

İran ötən üç il ərzində ölkə alimlərinin məqalələrinin beynəlxalq təsir indeksi cəhətindən məlumat bazalarında 106 vahid inkişafa sahib olub.

Ölkələrin və alimlərin elmi təsiri və bəhrəsinin həcmini ölçmək üçün ən mühüm göstəricilərdən biri H indeksidir. Bu indeks məqalələrin və hər bir fərdin məqalələrinə edilən istinadların sayı əsasında hər bir tədqiqatçı üçün müəyyən xal təyin edir. Bu xal həmin alimin tədqiqat dünyasındakı və digərlərinin onun məqalələrinə müraciət miqdarındakı etibarlılığının göstəricisidir.

Scopus və Web of Science kimi mötəbər saytların hesabatına əsasən, İran 2021-ci ildən 2023-cü ilə qədər H indeksində 106 vahid irəliləyib. Bu əhəmiyyətli dərəcədə artım İranda elmi tədqiqatların kəmiyyət və keyfiyyətinin yaxşılaşdığının göstəricisidir.

Bundan əlavə, Scopus məlumat bazasında fars dilində dərc olunan təxminən 16 nəşr nümayiş etdirilib və nəşr edilib. Təhsil nazirinin tədqiqat üzrə müavini Peyman Salehi verdiyi müsahibədə ölkənin tədqiqatlar sahəsindəki bu nailiyyətləri barəsində deyib: DOAJ (Directory of Open Access Journals) beynəlxaq məlumat bazasında İranın elmi nəşrlərin sayı 601-dən 888-ə yüksəlib və İran 9-cu yerdən 6-cı yerə qalxıb.

O, elmi istinadların Təhsil Nazirliyinin öndə dayanan məsələlərindən biri olduğunu bəyan edərək, deyib: Təhsil Nazirliyi ölkənin elmi istinadları istiqamətində istinad sisteminin güclənməsi və inkişafı, ölkənin elmi və texnoloji istinadları, beynəlxalq məlumat bazalarında indeksləşdirilmiş İran və Fars jurnallarının inkişafı kimi proqramları gündəmdə saxlayıb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir