“Bavər 373” adlı yeni nəsil havadan müdafiə sistemi havadan müdafiə təlimi 2025-də 300 km-dən çox məsafədə olan hədəfləri məhv etməyi bacarıb.
“Bavər layihəsi necə başladı?
İran İslam Respublikasının Silahlı Qüvvələrinin havadan müdafiə komandirləri 90-cı illərin sonları 2000-ci illərin əvvəllərində uzaq mənzilli sistemə sahib olmaq məqsədi ilə Rusiyanın sorağına getdilər.
2004-cü ildə S-300 sisteminin alqı-satqı müqaviləsi imzalandı və bu sistemin 2009-cu ildə İrana təhvil verilməsi qərara alındı. Bu sistemin iş prinsipini öyrənmək üçün bir qrup da 6 aylıq müddətinə Rusiyaya göndərildi.

Əmir Əlirza Səbahifərdin sözlərinə görə, terror rejimi olan ABŞ və bəzi supergüclərin fitnəsi, bədnam sionist rejimin təzyiqləri səbəbindən bu sistem İrana verilmədi. Hətta o mərhələyə çatdı ki, müqavilənin ləğv olunmalı olduğu deyildi. Bu təxirə salınmaya görə ölkənin müdafiə mütəxəssisləri yerli havadan müdafiə sistemi hazırlamaq qərara gəldilər.
Müdafiə nazirinin müşaviri, briqada generalı Əhməd Sadiqnejad bu barədə bildirib ki, İnqilab rəhbəri ölkənin hərbi məsullarından Bavər 373 sisteminin hazırlanması haqqında dəfələrlə maraqlanıb və bu layihə onun göstərişi ilə baş tutub.
İranın “Bavər” sistemi meydanda
2010-cu ildə İranın havadan müdafiə ekspertləri bu sahənin elitasından ibarət bir qrupla uzaq mənzilli havadan müdafiə sisteminin dizaynı üçün tədqiqatlara başladılar.
Xatəmül-Ənbiya (s) Havadan Müdafiə Qərargahının o vaxtkı komandirinin göstərişi ilə yaradılan müstəqil ofis uzaq mənzilli yerli havadan müdafiə sisteminin dizayn işlərini yerinə yetirməyi bacardı və Ali Baş Komandanın çıxışlarını nəzərə alaraq onun üçün Bavər adını seçdi.
Havadan müdafiə sahəsi üzrə mütəxəssislər bu sistemin dizaynı üçün ölkənin adlı-sanlı 10 universiteti və 100 elm təməlli şirkəti ilə əməkdaşlıq etdi.

Bu layihə “Bavər-1” adı ilə başlayıb və bununla əlaqədar fəaliyyətləri 2013-cü ilə qədər davam edib. Bu müddət ərzində çoxsaylı iclaslar və böyük elmi işlər baş tutub.
Layihə ilə bağlı fəaliyyətlər 2019-ci ilə qədər davam etdi və sonda həmin ilin Fevral ayının 7-də 120 km uzaqlıqdakı hədəfin vurulması üçün ilk sınaq həyata keçirildi.

“S-300”-ün rəqibi nəhayət ki, dünyaya tanıtdırıldı
Dünyanın məşhur sistemləri sayılan Rusiyanın “S-300” və Amerikanın “Patriot” havadan müdafiə sisteminə bənzəyən bu sistemin dizaynı və hazırlanması 10 ilə yaxın davam edib.
Yerli “Bavər 373” sisteminin ilk versiyası o vaxtkı prezident Həsən Ruhaninin iştirakı ilə 21 İyun 2019-cu ildə təqdim edildi. Amma onun uzaq mənzilli bir sistemə çevrilməsi üçün bir çox sınaqlar tələb olunurdu.
Bavər növbəti sınaqda da meydandan üzü ağ çıxmağı bacardı və o, 152 km uzaqlıqdakı hədəfi məhv etdi.
“Bavər 373” sistemi hansı bölmələrdən təşkil olunub?
“Bavər 373” sistemi bir neçə əsas bölmədən təşkil olunub: komando və atəş idarəetmə mərkəzi, hədəf izləmə radarı, hədəfləri müəyyən etmə radarı və buraxıcı qurğular.
Həmçinin Bavər 373 sisteminin bir batalyonuna daxildir: bir ədəd Merac 4 radarı, bir kəşf edirici radar, bir izləmə radarı, ikili 6 atəş bombası, bir komando postu və bir generator cihazı.
Bu havadan müdafiə sistemi Zül-Cənah adlı taktiki maşın vasitəsi ilə daşnır. Bu maşın 5 aktiv oxa (10 təkər) malikdir və 1.5 metr dərinlikdəki çaydan keçmək və maksimum 30 ton ağırlığındakı yükü danışmaq qabiliyyətinə malikdir.

“Bavər 373” “S-300”-ü qabaqlayır / ikinci nəsil ilə müqayisədə ikiqat sıçrayış
Bavərin əvvəlki iki sınağında iştirak edən komandirlər hələ uçuş məsafəsindən razı deyildilər. Çünki o, məsafə baxımından rusiyalı və amerikalı rəqiblərindən geri qalırdı və onlardan önə keçmək üçün müntəzəm cədvəl üzrə çalışmalı idilər.
Buna görə də, komandirlər müstəqil ofisə göstəriş verdilər ki, Bavər sisteminin uçuş məsafəsinin artırılması üçün bir yol axtarsınlar. Çünki ölkə öz ətrafında uzaq mənzilli təhdidlərlə üzbəüz olacaq. Bunun üçün də bu sistemin uçuş məsafəsi 300 km-dən daha yüksəyə çatmalı idi.
Bavər sisteminin uçuş məsafəsinin artırılması üzrə tədqiqatlar aparan iranlı gənc mütəxəssislər sonda 2022-ci ilin Noyabr ayının 13-nə qədər Bavər sisteminin uçuş məsafəsini artırmağa müvəffəq oldular.

Bavər 373 sisteminin uçuş məsafəsinin artırılması ilə bağlı aparılan sınaq prosesinin Əmir Əlirza Səbahifərd tərəfindən izahı
Bavər 373 sisteminin uçuş məsafəsinin artırılmasının əldə olunması üçün aparılan sınaq prosesi belə oldu ki, 433 km məsafədə, 43 min fut yüksəklikdə, saatda 736 km sürətlə hərəkət edən aşağı en kəsiyi (RCS) olan bir dron hədəf olaraq təyin edildi.
İlkin kilidmə 402 km məsafədə 43 min fut uçuş tavanına və 730 km sürətə malik Tolo 5 mühərrikli Kərrar dronu üzərində, sabit kilidləmə 376 km məsafədə və 43 min uçuş tavanında həyata keçirildi.
Bundan sonra raket 352 km məsafəyə buraxıldı və nəhayət, hədəf seçilən dron 304 km məsafədə məhv edildi.

300 km-dən çox məsafədə Bavər sistemi tərəfindən məhv edilmiş dronun görüntüsü