“Bavər 373” hədəfə doğru necə hücum edir?
Bu sistemdə istifadə olunan raketlər “Səyyad 4” və “Səyyad 4B” raketləridir. Bu raketlər 32 km hündürlükdə və 304 km uzaqlıqda müəyyən edilən hədəfi məhv etməyə qadirdir.
Merac fazalı sıralı atəşə nəzarət radarı da sistemin raketlərini hədəfə yönləndirmək üçün “Bavər 373”-ün gözüləridir.
Bu sistemin optimallaşdırılmış radarı ey zamanda 450 km məsafədə 300 hədəfi müəyyənləşdirə bilir və onun izləmə radarının əhatə dairəsi 405 km-ə yüksəldilib.
Həmçinin bu sistemin qarşıdurma radarının əhatə dairəsi isə 400 km-ə qədər artıb. Bu sistem eyni zamanda 60 hədəfi izləmək və 6 hədəflə mübarizə aparmaq gücünə malikdir. Bu sistemin hər bir alayı eyni vaxtda 36 hədəflə mübarizə apara bilir.
“Bavər 373” sisteminin digər bir xüsusiyəti də onun Thrust Vector Control (TVC-itki vektoruna nəzarət) sisteminə sahib olmasıdır. Bu xüsusiyyətə sahib Səyyad raketləri ilk növbədə şaquli vəziyyətə buraxıldıqdan sonra şaquli vəziyyətdən üfüqi vəziyyətə dəyişməklə yanaşı hədəfə tərəf hücum edir.
“Bavər” sisteminin ən yeni nəsli
3 və 4 Fevralda keçirilən Havadan Müdafiə 2025 təliminin ikinci mərhələsində yeni sistemlər öz hədəflərini məhv ediblər. Bu sistemlərdən biri “Bavər 373” sisteminin yeni nəsli olub və onun, əvvəlki nəsil ilə əsaslı fərqi var.
Dərc olunan görüntülərə əsasən, Bavər sisteminin buraxıcı qurğuları izləmə və atəşə nəzarət radarı ilə təchiz olunub. Beləliklə də, demək olar ki, bu radarları olmayan və mərkəzi radara bağlı olan əvvəlki versiyadan fərqli olaraq yeni nəsil Bavər 373 sistemi müstəqil şəkildə prosesləri həyata keçirəcək.

Həmçinin, yeni nəsil Bavər sisteminin hər bir atəş topu 6 Talar (radarla təchiz olunmuş raket platforması) buraxılış qurğusu ilə birlikdə bir kəşf etmə radarından təşkil olunub.
Yeni Bavər 373 sistemi Tel (radarsız raket platforması) buraxılış qurğusundan istifadə etdiyi təqdirdə, onun qarşıdurma gücü əhəmiyyətli dərəcədə artacaq.
İranın “Bavər 373” sisteminin xarici rəqibləri ilə müqayisədəki üstünlüyü
“Bavər 373” sisteminin xarici nümunələrlə müqayisədəki üstünlüyü onun 405 km məsafədə 100 hədəfi izləmə qabiliyyətinə malik olmasıdır. Halbuki, S-300 sistemi 200 km-dən daha az bir məsafədə təkcə 12 hədəfi izləməyə qadirdir və S-400 sistemi isə 36 hədəfi izləmək bacarığına sahibdir.
Bu sistemin digər bir xüsusiyyəti eyni zamanda 9 hədəfi hədəfə ala bilməsidir. Amma S-300 sistemi 6 və Patriot isə 1 hədəfi hədəfə ala bilir.
Bu sistemin digər bir xüsusiyyəti onun müxtəlif növ qanadlı raket və helikopterlərlə effektiv şəkildə mübarizə apara bilməsidir. Bavər 373 sistemi, həmçinin kimyəvi maddələr, radioaktiv şüalanma və mikrob maddələri ilə çirkləndirilmiş mühitlərdə fəaliyyət göstərməyə qadirdir.
Ordunun Hava Hücumundan Müdafiə Qüvvələrinin komandiri Bavər 373 sisteminin dronlar, təyyarələr, hətta beşinci nəsil təyyarələri (təyyarələrin ən son nəsli, o cümlədən F-35 və.s) məhv edə bildiyi haqda məlumat verib.
Həmçinin, təkmilləşdirilmiş Bavər 373 sistemi şəbəkəyə qoşulmaq və məlumat əldə etmək qabiliyyətinə malikdir.

Yerli bilik İran İslam Respublikasının təhlükəsiz müdafiəsinin açarıdır
İranın havadan müdafiə sistemləri son illərdə ölkənin müdafiə gücünün əsas sütunlarından birinə çevrilib.
İran yerli texnologiyadan istifadə etməklə və daxili mühəndislik bacarıqlarına arxalanmaqla “Bavər 373”, “Arman”, Səyyad” və.s kimi sistemləri inkişaf etdirməyi bacarıb.
Təhdidləri izləmək və sürətli cavab verməkdə unikal bacarıqlara malik yerli havadan müdafiə sistemləri İrana əhəmiyyətli dərəcədə çəkindirici güc verib və onu regionda havadan müdafiə sahəsində aparıcı qüvvələrdən birinə çevirib.