İranın çovqan millisi ikinci oyununda Pakistan üzərində böyükhesablı qələbə qazanaraq Amerika Dünya Çempionatına vəsiqə əldə edib.
Xəbər agentliklərindən birinin idman müxbirinin məlumatına görə, İran çovqan millisi Pakistan üzərində 19:13 hesablı qələbə qazanaraq Amerikada keçiriləcək Çovqan üzrə Dünya Çempionatına vəsiqə əldə edib.
İran millisinin üzvləri əvvəlki oyunda 17:14 hesabı ilə məğlub olduqları üçün dünya çempionatına vəsiqə qazanmaq üçün rəqiblərini ən azı 4 top fərqi ilə məğlub etməli idilər.
Milli komandanın oyunçuları Pakistanı oyunun son saniyələrində məğlub etməklə bu vəzifənin öhdəsindən gəliblər və Səudiyyə Ərəbistanında keçirilən turnirdə Amerika üçün vəsiqəni əldə ediblər.
İran millisinin üzvləri ilk beynəlxalq yarışlarında tarix yazmağı bacarıblar.