İranın elm təməlli elitası bağırsaq (kolon) xərçənginin diaqnoz dəstini lokallaşdırıb

Elm təməlli şirkətlərdən birinin mütəxəssisləri yerli bilik və texnologiyadan istifadə etməklə bağırsaq (kolon) xərçənginin diaqnoz dəstlərini ölkə daxilində istehsal edərək kommersiyalaşdırmağı bacarıblar.

Kolon xərçəngi, xərçəng növləri arasında yayılmış üçünücü xərçəng və xərçəngdən yaranan ölüm hallarının ikinci səbəbidir. Bu xərçəngin müalicə şansını artıran amillərdən biri, xərçəngin erkən diaqnozudur. Buna görə də, elm təməlli şirkətlərdən birinin mütəxəssisləri bir məhsul hazırlamaqla bu xəstəliyin diaqnozuna kömək ediblər.

Bu şirkətin baş direktoru Hamid Baqiri bu elm təməlli şirkətin mütəxəssisləri tərəfindən dizayn edilərək hazırlanmış bağırsaq (kolon) xərçənginin diaqnoz dəstinə işarə edərək deyib: Şirkətimiz sürətli diaqnoz dəstlərinin ixtisaslaşmış istehsalçısıdır və ürək infaktının diaqnozu üçün ürək paneli, mədə infeksiyası, hepatit və digər infeksiyaların diaqnozu üçün infeksion panel kimi müxtəlif sürətli diaqnoz dəstləri istehsal edir.

O, bağırsaq (kolon) xərçənginin diaqnoz dəstinin bu ilki nano texnologiya sərgisində təqdim olunmasına işarə edərək, ölkənin daxili istehsal vasitəsilə bu dəstin ölkəyə gətirilməsi ilə bağlı ehtiyacının aradan qalxmasını vurğulayaraq bildirib: Piruvat kinaz M2-nin (kolorektal xərçənglərin diaqnostikasında istifadə olunun qlükoza mübadiləsində əsas bir ferment) 2019-cu ildəki (sonuncu idxal ili) idxal həcmi, yalnız 4000 test olub. Halbuki, ölkənin bağırsaq xərçənginin skirininqi üçün illik ehtiyacı 4 milyon testdir ki, nəcisdə gizli qan testi (90% hessaslıqla FOB) vasitəsi ilə aşkar edilə bilir.

Texnologiya sahəsinin fəal üzvü bu dəstlərin köməyi ilə diaqnozun 90% dəqiq olmasına işarə edərək deyib: Hal-hazırda bu xərçəngin müəyyən olunması üçün invaziv və bahalı bir üsul olan kolonoskopiya həyata keçirilir. Buna görə də, insanların çoxu bunu etməyə hazır deyil. Bu dəstin köməyi ilə və nəcisdən sadə bir nümunə götürməklə insanın bağırsaq xərçənginə tutulub-tutulmadığını başa düşmək olar. Diaqnoz dəstinin cavabı müsbət olduğu təqdirdə, insan kolonoskopiyaya göndərilir.

Bağırsaq (kolon) xərçənginin diaqnoz dəstinin istehsalçısı olan elm təməlli şirkətin baş direktoru bildirib: Bu şirkətin bazara çıxarılan, pataloji laboratoriyalarda, xəstəxanalarda və sağlamlıq evlərində istifadə edilən 9 elm təməlli məhsulu var. Bazarın təxminən 10%-nə sahibik və bu məhsul da digər məhsullar kimi bazara çıxarılıb.

Baqiri bağırsaq xərçənginin diaqnoz dəstinin oxşar nümunələrinə nisbətdə rəqabət üstünlüklərindən birinin yüksək dəqiqlik və ümumi qiymətinin ağaşı olduğunu bildirərək əlavə edib: Bu məhsul, həmçinin yerli və ölkəmizə məxsus texniki biliyə sahibdir. Bu da məhsulun qiymətinin Çin məhsulları ilə müqayisədə 20% daha ucuz olmasına və özü ilə birlikdə idxalçılardan əməhiyyətli dərəcədə pay almaq qabiliyyətini və valyutaya qənaətini gətirməsinə səbəb olub.

Texnologiya sahəsinin aktiv üzvü bağırsaq xərçənginin diaqnoz dəstinin 200 milyon dollarlıq ixrac qabiliyyətinə toxunaraq deyib: Lazımi lisenziyalar əldə etməklə, məqsədimiz bu dəsti gələn ildən etibarən qonşu ölkərə və Fars körfəzi ətrafındakı ölkələrə ixrac etməkdir.

O, əlavə edib: Bağırsaq xərçənginin skirininqinin qlobal bazar həcmi 900 milyon dollardır və biomarket piruvat kinaz M2-nin payı onun təxminən 10%-dir. Bu məhsul üçün ixracat proqnozu ildə 10 milyon dollardır.

Baqiri, həmçinin deyib: Bu sahədəki bazarın təxminən 20 milyon dollar valyuta çıxışı var. İdxalın 60%-dən çoxu qablaşdırılmış statistik məhsuldur ki, bunun da 30%-i montajçıların payıdır. Halbuki, biz sıfırdan yüzə qədər istehsalı İran daxilində həyata keçiririk. Biz istehsal xəttimizi genişləndirəcəyimizə və növbəti ildə 40% bazar payını əldə edəcəyimizə ümid edirik.

O, şirkətin digər elm təməlli məhsullarının 120 milyard rial satış həcminə toxunaraq bildirib: Bu məhsulla bağlı çox əhəmiyyətli nöqtə məhsulun ümumi qiymətinin 70%-dən çoxuna şamil olan onun müxtəlif hissələrinin, o cümlədən monoklonal anticisimlər və qızıl nanohissəciklərinin istehsalının 100% lokallaşdırılmasıdır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir