İranın havadan müdafiə sistemi tərəfindən İsrail rejiminin qabaqcıl dronunun vurulması

İsrail rejiminin ən qabaqcıl pilotsuz uçuş aparatının İsfahanın şərqində vurulması ilə bağlı görüntülər dərc olunduqdan sonra İsrail ordusunun radiosu hələ bəyanat verməyən ordunun sükutunu pozaraq bu dronun İran ərazisində öz missiyasını yerinə yetirməkdə uğursuz olduğunu etiraf edib.

İranın havadan müdafiə qüvvələri tərəfindən İsfahanın şərqində vurulan sionist rejimin ən qabaqcıl Hermes dronunun görüntüləri yayımlandıqdan sonra işğlaçı ordunun radiosunun müxbiri mövqe bildirib.

İşğalçı ordunun bu dronun vurulması ilə bağlı bəyanat vermədiyi halda o, İsrailə məxsus bir dronun ötən gecə İranın mərkəzində, İsfahanda vurulduğunu vurğulayıb.

O, iddia edib ki, bu dron İsfahan bölgəsindəki buraxılış qurğuları və yerdən yerə raketləri izləmək üçün missiya yerinə yetirməkdə olub.

İvrit dilli medialar da vurulan dronun Hermes 900 növündən olduğunu təsdiqləyiblər.

İsrail rejiminin ən qabaqcıl Hermes 900 dronu (ivrit dilində Kuxav) orta həcmlidir və 8.3 metr uzunluğa, 1100 kq çəkiyə və 300 km uçuş məsafəsinə malikdir. Bu dron sionist rejiminin hava qüvvələrindəki ikinci böyük kəşfiyyat dronu sayılır.

Bu dronun qiyməti təxminən 6 milyon dollardır və 450 kq yük daşıma qabiliyyətinə, maksimum 9.1 km uçuş hündürlüyünə və maksimum 220 km/sürətə malikdir. Bu dron, həmçinin 10 km uçuş məsafəli idarə olunan 4 raketlə də təchiz oluna bilir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir