İranın kamikadze dronları – 1-ci hissə

Kamikadze dronları İran Silahlı Qüvvələrinin müxtəlif ölçü və diapazonlarda dizyan edib, istehsal etdikləri döyüş meydanında strateji və effektiv silahlarıdır. Bu dronların bəzisi dünya şöhrəti qazanıb.

“Rizvan” döyüş meydanının ön xəttində

SEPAH-ın Quru Qoşunlarının “Peyğəmbəre Əzəm 19” adlı təlimləri zamanı “Rizvan” adlı ən yeni gəzən kamikadze dronu təqdim edilərək əməliyyatlarda istifadə olunub. Onun 20 km uçuş məsafəsi var və 20 dəqiqə uça bilir.

Dronun ön hissəsində quraşdırılan kamera silindir şəkilli başlatma qurğusundan buraxıldıqdan sonra istifadəçiyə şəkillər göndərir və ona istədiyi hədəfi seçib, hücum etməsi üçün şərait yaradır.

Bu dronun sürətli və asan şəkildə istifadəsi Quru Qoşunlarının Sürətli Cavab bölmələrinə xüsusilə mürəkkəb dağlıq coğrafiyada terror qruplaşmaları ilə mübarizə aparmaq üçün yeni imkanlar verir.

Döyüş meydanında strateji və effektiv dronlar

Kamikadze dronları İran Silahlı Qüvvələrinin müxtəlif ölçü və diapazonlarda dizyan edib, istehsal etdikləri döyüş meydanında strateji və effektiv silahlarıdır. Bu dronların bəzisi dünya şöhrəti qazanıb.

Buna görə də, dron texnologiyası son bir neçə onilliklər ərzində döyüşlərdə və dünya müharibələrində mühüm rol oynayıb. Bu arada “kamikadze” dronları digər dronlarla müqayisədə daha mühüm rola malik olublar.

Qanadlı raketlərə oxşar göstəricilərə sahib olan pilotsuz uçuş aparatları iqtisadi cəhətdən sərfəli, münasib təsirli və asan istifadəsinə görə silaha çevriliblər. Onlar bəzən müharibə meydanlarının taleyini həll edir və ya ən azı düşmənə əhəmiyyətli dərəcədə zərər vurmağa qadirdirlər.

Digər tərəfdən də, bu dronlar digər dronlara nisbətdə daha kiçik ölçülərə malik olduğundan radarlar tərəfindən daha çətin müəyyən edilə bilirlər. Onların bəziləri hətta insan tərəfindən də daşına bilir, piyada və xüsusi təyinatlıların bölmələrində istifadə olunurlar.

İranın silahlı qüvvələri və müdafiə sənayeləri də son illərdə kamikadze dronlarının müxtəlif növlərini dizayn edərək istehsal ediblər. Beləki, İran bugün kamikadze dronlarının dizaynı və istehsalı sahəsində tanınmış ölkələrdən birinə çevilib. Bir tərəfdən də İranda istehsal olunan dronlar silahlı qüvvələrin həyata keçirdiyi bəzi əməliyyatlarda özünü göstərib. Elə buna görə də, bəzi ölkələr bu dronlara müştəri olub.

SEPAH-ın Quru Qoşunlarının ən yeni gəzən kamikadze dronunun təqdim olunmasını nəzərə alaraq, yazının davamında İran istehsalı olan ən mühüm kamikadze dronlarına bir baxış keçirəcəyik.

“Tufan”

“Tufan” düşməni tapıb, məhv etmək üçün optik axtarış cihazından istifadə edilərək hazırlanmış İran dronlarından biridir. “Çəmran2” adı ilə də yad edilən bu dron radar dalğalarını udan materiallardan istifadə olunaraq yüngül hazırlanıb və onun radar kəsişməsi çox aşağıdır. Bu dronun burnunda yerləşən önə baxan kamera son ana qədər görüntüləri fasiləsiz olaraq göndərir.

Tufanın maksimal sürətinin saatda 250 km, uçuş radisus 100 km, maksimum uçuşunun 14000 fut (4267 metr) və davamlı uçuş vaxtının isə 1-2 saat olduğu bildirilib. 100 km uçuş məsafəsinin olması ona qəbul edilən əməliyyat dəyəri gətirib və o, davamlı uçuşa sahib olması ilə hədəfi tapıb, ona hücum etmək üçün kifyayət qədər zamana malikdir.

Təbii ki, yerüstü stansiyadan ayrı naviqasiyadan istifadə edildikdə Tufan dronu davamlı uçuşu və saatda azı 200 km sürəti nəzərə alsaq, 200-400 km uçuş məsafəsinə sahib ola bilər.

İndiyə qədər bu təyyarənin iki nümunəsi nümayiş olunub. Tufanın uçuş müxanizmi JATO növündəndir və onun enməsinə ehtiyac yarandıqda, yerə yumşaq enişlə bərpa olunur. Bu üsulla bu kiçik dronların döyüşün ön xəttlərinə yaxın bir yerdə və ya şəhər müharibəsi fəzasında buraxılması təcili çıxış yolu və mühüm hədəfi məhv etmək üçün sürətli cavab sayılır.

“Saiqə” (ildırım)

Bu dronlar “Saiqə” təlim hədəfi dronuna bir nümunədir. O, 100 km uçuş məsafəli kamikadze əməliyyatları üçün 10 kq-lıq döyüş başlığı və hədəfə dəyən ana qədər görüntülərin gödərilməsi imkanı ilə təchiz olunub. Saiqə dronunun bir-birindən müəyyən qədər fərqli göstəricilərə sahib iki növü var.

“Saiqə-1” orta aşağı görünüşlü delta qanadlı pilotsuz uçuş aparatıdır. Bu dron yerli mütəxəssislər tərəfindən dizayn edilərək kütləvi şəkildə istehsal edilib və silahlı qüvvələrin ixtiyarına verilib. Saiqə İranın ən sürətli pərvanə motorlu dronlarındandır. Bu da onun yüksək sürətini artilleriya alətlərinin təlimi üçün münasib alətə çevirir.

Bu pilotsuz uçuş aparatı  JATO buraxıcı qurğu vasitəsilə işə salınır. Yerli mütəxəssislər tərəfindən hazırlanan bu buraxıcı qurğu, uçuş zolağına ehtiyac olmadan uçuş üçün ilkin sürətin əldə edilməsinə imkan yaradır.

Bu buraxıcı qurğuda quru yanacaqlı raket gücündən istifadə edilib. Bu buraxıcı qurğunun köməyi ilə hər bir şərait və vəziyyətdə təyyarənin buraxılma imkanı var. Onun vasitəsi ilə raketi çox rahatlıqla gəminin göyərtəsindən, yüngül avtomobildən, dağlıq ərazilərdən, hətta sığınacaqların və tunellərin girişindən buraxmaq olar.

Saiqə-1 pilotsuz uçuş aparatı yüngül və münasib aerodinamik formalı olmasına, yüksək sürətli strukturlarda yükgül çəkili mürəkkəb material texnologiyasından istifadə edilməsinə görə, müxtəlif növ uçuş manevrlərini yerinə yetirməyə qadirdir. Uçuş aparatının qaytarılması adətən çətir vasitəsilə baş tutur və fövqəladə hallarda pilot tərəfindən yavaş-yavaş enmə zolağına endirilə bilər.

Saiqə-1 dronunun maksimal sürəti saatda 250 km, uçuş radisu 10 km, maksimum uçuşu 11000 fut (təxminən 3300 metr) və davamlı uçuş vaxtı isə 1 saatdır.

“Saiqə-2”

“Saiqə-2” də mürəkkəb materialla hazırlanmış gövdə ilə ilk nüxsəyə əsaslanır və onun məqsədi raket və radardan müdafiə heyətinin üzvlərinin təlimindən əlavə, döyüş meydanında düşməni aldatmaq da ola bilər. Saiqə-2 təyyarənin elektron və telekommunikasiya avadanlıqları ilə təchiz olunmuş məlumat ötürmə xəttinə, həmçinin münasib kompüterlərdən təşkil olunmuş yüngül və daşına bilən yerüstü idarəetmə stansiyasına malik olmasına görə, 10-12 min fut (3000-3600) hündürlükdə uça bilir. Bu dronun uzunluğu 2.81 metr, qanad genişliyi 2.60 metr, maksimum buraxlış kütləsi 60 kq, maksimal sürəti 230-250 km\saat, uçuş müddəti 45-60 dəq və uçuş məsafəsi 50 km-dir.

Saiqə-2 dronu planlaşdırılmış məsafəni uçduqdan sonra avtomatik olaraq yolunu dəyişməklə əvvəlki yerinə və ya öncədən təyin edilmiş nöqtəyə qayıdır. Bu pilotsuz uçuş aparatının qaytarılması Saiqə-1 kimidir.

“Əbabil”

“Əbabil” B, S və T tipli dron ailəsi ilk nəslinin dizyanı İrana qarşı başladılan müharibə dövrünün ortalarına qayıdan ilk yerli dizayn dronlarından biridir. 1991-ci ildə onun yeni dizayn edilmiş nümunəsi istehsal xəttinə gətirildi və İranın ən çox saylı dronlarından birinə çevrildi.

Onun müxtəlif nümunələrinin ölçü və uçuş göstəriciləri fərqlidir ki, 300 km\saat sürət əldə etmə qabiliyyətinə, 150 km kəşfiyyat əməliyyatı məsafəsinə, təxminən 4200 metr uçuş məsafəsinə və 30-40 kq kəşfiyyat yükü yaxud partlayıcı maddələri daşıma gücünə malikdir.

Kəşfiyyat missiyası yerinə yetirərək ABŞ-ın təyyarədaşıyan gəmilərini lentə almaqla öz məharətini göstərən Əbabil dronundan havadan müdafiə təlimi məqsədi ilə də istifadə etmək olar.

Əbabil aşağı qanad və ön qanada malik pilotsuz təyyarədir və bu xüsusiyyət xas qeyri-sabitlik və ya aşağı stabilliyin görünüşünə görə onun manevr xüsusiyyətlərinin yüksək səviyyədə olmasına səbəb olur.

Bu dron çoxməqsədli sistem olub, düşmən simulyasiya edən təyyarə şəklində hava hədəfi kimi müxtəlif missiyalar üçün istifadə olunur. Bu dronun ümumi xüsusiyyətləri bunlardan ibarətdir: uyğun aerodinamik dizayn, sürətli sökülüb-yığılma, asan istifadə və təmir, yaxşı hərəkət və çeviklik, su və quru mühitlərdə istifadə qabiliyyəti, geri qaytarılma və bir neçə dəfə istifadə qabiliyyəti və münasib son qiymət. İlk nümunələrin gövdəsi hava standartı alüminiumdan idi və sonradan mürəkkəb materialdan hazırlanmış növü istehsal edildi.

“Kiyan”

“Kiyan-1” 2014-cü ildə havadan müdafiə avadanlıqlarının ölçülməsi missiyası ilə kiçik ölçülü və saatda 480 km\saat sürətə çatan gücə malik mikro reaktiv motorlu hədəf və kamikadze hücum dronu olaraq istehsal edilib. 2 metr qanad genişliyi olan bu dron 5500 metrə yaxın uçuş məsafəsi ilə 30 kq-lıq yük daşıma qabiliyyətinə malik olub, 350 km\saat kruiz sürəti ilə uçur.

“Kiyan-2” Kiyan-1-in uğurlu və əməliyyat planı əsasında təxminən 2 dəfə çox ölçüdə və müxtəlif növ missiyalar üçün hazırlanıb və 2019-cu ildə ölkənin silahlı qüvvələrinin ixtiyarına verilib. Kiyan-2 dronunun missiyalarından biri hava hücumundan müdafiə üçün nəzərdə tutulan hədəfləri istənilən yerdə vura bilən şəkildə məhv etməkdir. Bu dronun əməliyyat məsafəsinin 1000 km olduğu bildirilib ki, bu da Kiyan-2-nin Kiyan-1-lə müqayisədə ölçülərinin əhəmiyyətli dərəcədə böyük olmasını nəzərə almaqla mümkündür.

Kiyan-2 dronu kiçik qaz turbinli reaktiv mühərrikdən və ehtimal ki, gövdə daxilindəki turbojet növündən istifadə edir. Bu dron delta qanad növündəndir ki, bu da ona yüksək sürətlər üçün yaxşı dinamik xüsusiyyətlər, o cümlədən hədəfin məhv edilməsində dəqiqliyin artırılması üçün yüksək manevr etmə qabiliyyəti yaradır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir