“Kərrar”
“Kərrar” kamikadze dronu 2019-cu ildə keçirilən hava hücumundan müdafiə təlimində İranın geniş istifadəyə sahib dron ailəsinin ən yeni üzvü kimi təqdim edilib. Bu nümunənin inkişafının hədəfi hücum edən hava hədəfləri ilə mübarizə məqsədi ilə sürəti əməliyyatların (scramble) icrasıdır.
İran Təyyarəqayırma Sənayesinin istehsalı olan Kərrar dronu rəsmi olaraq 2010-cu ildə Müdafiə Sənayesi günündə nüyamiş olunub. O zaman bu dronun missiyası radar və hava müdafiəsi sistemlərinin sınaqdan keçirilməsi üçün quş hədəfi kimi istifadə və hava bombardmanları olduğu bildirilmişdi. Bu günə qədər Kərrar dronunun 4 nəsli təqdim olunub ki, ölçü və uçuş ölçülərindəki fərq az, missiyaları isə müxtəlifdir. Bu dronun bütün növləri reysli və bərk yanacaq sürətləndiricili buraxılış qurğusundan istifadə edilərək işə salınır. Onların endirilmə üsulu da çətir və hava kisəsi ilə baş tutur.
3.75 metr uzunluq, 3.1 metr qanad genişliyi, 1.5 metr hündürlük, 250 kq yük daşıma qabiliyyətli 750 kq maksimal uçuş çəkisi Kərrar-3 dronunun xüsusiyyətlərindəndir. Bu nümunənin uçuş hündürlüyü 10670 metr, son sürət 700, kruiz sürəti 650 km\saat və uçuş müddəti isə 1 saat 15 dəq-dir. Bu dron JP-4 yanacaqlı Tolo-4 reaktiv mühərrikdən istifadə edir və gövdəsi də adətən alüminiumdandır.
Müxtəlif naviqasiya sistemlərinin və həmçinin burnunun ucuna optik axtarış qurğusunun artırılması Kərrar kamikadze dronuna avtomatik olaraq saxlanıldığı yerdən uçmaq və hədəfin məlumatlarını birbaşa əldə etməklə ona doğru ən optimal yolla hərəkət etmək imkanı verir. Kərrar kamikadze dronu birbaşa hədəfə dəyməklə və ya ona münasib məsafəyə yaxınlaşmaqla döyüş başlığını partlatma əməliyyatını yerinə yetirir.

“Şahid ailəsi”
“Şahid 131 və Şahid 136”: İlk dəfə olaraq İslam İnqilabi Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin “Peyğəmbəre Əzəm 15” təlimində müxtəlif hədəflərin “Şahid 131” və “Şahid 136” dronları ilə məhv edilməsi ilə bağlı görüntülər nümayiş olunub.
“Şahid 131” və “Şahid 136” İranın delta (üçbucaqlı) gövdəli kamikadze dronlarıdır. Onlar hərəkət verici olaraq pistonlu mühərrikdən istifadə edirlər. Bu iki dron bir-birinə oxşasalar da, Şahid 131 Şahid 136-dan daha kiçik ölçülərə malik olması ilə fərqlənir. Buna görə də, onun bəzi görünüş və funksional xüsusiyyəti Şahid 136-dan fərqlidir.
Şahid 131 və Şahid 136 dronlarının zahiri görünüş fərqlərindən biri onların qanadındadır. Beləki, Şahid 136-da bu qanadlar gövdənin aşağısında və yuxarısında, Şahid 131-də isə bu qanadlar yalnız gövdənin yuxarısında yerləşir.


Şahid 136 dronunun gövdəsinin enliyi 2.5 metr, Şahid 131-də isə təxminən 2.2 metrdir. Şahid 136-nın gövdəsinin uzunluğu 3.5 metr və Şahid 131 dronunda 2.6 metrdir. Görünür, Şahid 136 dronu 2000 km, Şahid 131 dronu isə təxminən 900 km uçuş məsafəsinə malikdir. Həmçinin bu dronlar 50 və 15 kq döyüş başlığına sahibdirlər.
SEPAH-ın Quru Qoşunlarının İraqın şimal bölgəsindəki separatçı qrupların mövqelərinə qarşı çoxsaylı əməliyyatları zamanı bu dronların uğurlu istifadəsinin şahidi olmuşuq.
“Şahid-238”: Bu dronların müxtəlif əməliyyatlardakı istifadə təcrübəsi və bəzi zəif nöqtələrin olması bu dronların “Şahid-238” adlı yeni növünün reaktiv mühərriklə təqdim olunmasına səbəb oldu.

Bu yeni dron ilk dəfə İnqilab rəhbərinin SEPAH-ın Aerokosmik Qüvvələrinin nailiyyətləri sərgisini ziyarət etdiyi zaman təqdim olunub və termal, optik və sensorsuz skanerlərlə təchiz edilmiş üç növdə görünüb.
“Şahid-107”: Bu dron çoxməqsədli bir drondur. O, kamikadze rolundan əlavə, döyüş yaxud kəşfiyyat dronu kimi də istifadə edilə bilər.
“Şahid-101” dronu: Barəsində yenicə məlumat yayılan bu dron indiyə qədər ölkədə rəsmi olaraq nümayiş olunmayıb. Onun adı və görüntüləri xarici medialar tərəfindən İranın Rusiyaya verdiyi yeni dron başlığı ilə dərc edilib.

Hərçənd, bu dron barədə məlumat əldə yoxdur, amma onun quruluşu Quru Qoşunlarının Merac 532 dronuna çox oxşayır. Buna görə də, onun Merac 532 dronuna oxşar göstəricilərə malik olması güman olunur.
“Arəş” dronu
“Arəş 2” dronu İranın 2000 km uçuş məsafəsinə sahib olan dronlarından biridir və o, İran İslam Respublikası Ordusunun mütəxəssisləri tərəfindən dizayn edilərək hazırlanıb.
Pistonlu mühərrikdən istifadə edən bu dron şaquli quyruğu olan silindrik bir gövdəyə malikdir və onun iki qanadı gövdənin axırında yerləşir.
Arəş 2 dronu JATO buraxılış metodundan istifadə edir ki, bu da, onu uçuş zolağından ehtiyacsız edir.
Bu dron hərəkətdə olan müxtəlif növ buraxılış vasitələrindən hədəflərə doğru uçmağa qadirdir. Bu da onu yüksək hərəkət qabiliyyətli operativ drona çevirir.

“Səyyad” dronu
İranın naməlum kamikadze dronlarından biri də “Səyyad” kamikadze dronudur. Bu dron ilk dəfə SEPAH-ın Hərbi Dəniz Qüvvələrinə kütləvi dron təhvili zamanı görünüb. Amma o, 2023-cü ildə Silahlı Qüvvələrin Bərdər Abbasdakı hərbi paradı zamanı ilk dəfə olaraq rəsmi şəkildə nümayiş olunub. Səyyad dronu nazik gövdə və radar əks etdirmə qabiliyyətini aşağı salmağa kömək edən V şəkilli quyruğa malikdir. Bundan əlavə, o, pistonlu mühərrikdən istifadə edir.
Yəmən Ənsarullah Təşkilatının ixtiyarında bu drona oxşar Səmmad adlı müxtəlif növ dron var və onlar dəfələrlə müxtəlif uğurlu əməliyyatları icra ediblər.

“Merac” dronu
SEPAH-ın Quru Qoşunlarının özünü təmin edən Cihad tərəfindən dizayn edilərək istehsal olunan “Merac 532” dronu bir tərəfli uçuş məsafəsi 450 km olan pistonlu mühərrikə sahib bir drondur.
Bu dron 12000 futa qədər hündürlükdə 3 saat ərzində uçma qabiliyyətinə malikdir. O, avtomobil üzərindən buraxılır və onun döyüş başlığının çəkisi 50 kq-dır.

SEPAH-ın Quru Qoşunlarının rouming sursatlar sırasına daxil olan digər kamikadze dronlarından biri “Merac 521” dronudur. Bu pilotsuz uçuş aparatının insan tərəfindən daşınma və döyüş bölmələrində istifadə olunma qabiliyyəti var. Buna görə də, sürətli cavab bölmələri üçün münasib silah sayılır. Bundan əlavə, Merac 521 dronu müxtəlif növ avtomobillərin üzərindən buraxıla bilir.
