“Sina” dronu
“Sina” rouming dronu insanların və maşınların toplantısı kimi hədəflərə qarşı kamikadze dronu olaraq dizayn edilib və hazırlanıb.
Sina 5 km-ə qədər əməliyyat məsafəsinə malikdir. Onun uçuş müddəti 8 dəqiqədir. O, əl ilə və avtomatik şəkildə idarə oluna bilir, EFP növlü döyüş başlığına və elektrik mühərriyinə sahibdir.
İran İslam Respublikasının Ordusu və Müdafiə Nazirliyi tərəfindən indiyə qədər Ümid, Bavər, qanadlı Əbabil və Məhərrəm dronu kimi digər kamikadze dronları da dizayn edilərək istehsal olunub.

“Ümid” dronu
“Ümid” dronu İsrailin Harop dronuna çox oxşayır və zahirindən göründüyü kimi təxminən 1000 km uçuş məsafəsinə malikdir. Ordu tərəfindən dizayn edilən bu dron optik axtarış cihazına sahib olmaqla rouminq kamikadze dronu rolunu da ifa edə bilər.

“Bavər” dronu
“Bavər” dronu da Müdafiə Nazirliyi tərəfindən dizayn edilib və görünür ki, onun dizaynı intiharçı Arəş və Şahid 131 dronları üzərində modelləşdirilib. Təbii ki, bu dron barəsində çox məlumat dərc olunmayıb. Amma SEPAH-ın təlimlərindən birində onun sınaqdan keçirildiyi ilə bağlı xəbərlər mediada dərc olunub.

“Qanadlı Əbabil” dronu
“Qanadlı Əbabil” dronu da Müdafiə Nazirliyi tərəfindən dizayn edilərək istehsal olunan optik axtarış cihazına malik bir drondur. 2023-cü ildə Müdafiə Nazirliyinin nailiyyətləri sərgisində onun yalnız bir fotosu nümayiş olunub.
Silindrik gövdəsi olan bu dron, drondan çox raketə bənzəyir və hələki onun silahlı qüvvələrdəki istifadəsi barəsində məlumat dərc olunmayıb.

“Məhərrəm” dronu
“Məhərrəm” dronu Ordunun Quru Qoşunları tərəfindən istehsal olunub. 25 kq döyüş başlığına malik olan bu dron sistemi düşmən hədəflərini və istehkamlarını məhv etmək üçün istifadə olunur.
9 saatlıq uçuş müddəti olan bu dron sistemi ölkə daxilində şəhid Zerehrən İstehsal, Optimallaşdırma və Modernləşdirmə Mərkəzində tamamilə yerli olaraq dizayn edilərək istehsal edilib. Bu dron sistemi Ordunun Quru Qoşunlarının son təlimlərində qiymətləndirilib və sahədə sınaqdan keçirilib.
