Seyid Şəhram Herəvinin başçılıq etdiyi İranın kişilərdən ibarət komanda komitəsi Spaniya Dünya Çempionatının ikincisi olub.
Xarici KİV-in verdiyi məlumata görə, dünən Spaniyanın “Pamplona” şəhərində karate üzrə Dünya Kubokunun birinci mərhələsinin finalı keçirilib. İranın kişilərdən ibarət komandası qrup mərhələsində Makedoniya, Xorvatiya, İtaliya və Avstraliya komandalarını, dörddə bir mərhələsində Slovakiyanı və yarım finalda isə Yaponiya komandasını məğlub edərək final mərhələsinə vəsiqə qazanıb.
İran komandası yarışların final mərhələsində Misir qarşısında 3-0 hesabla məğlub olub və ikinci yeri tutub.
Seyid Şəhram Herəvinin yetirmələri bundan öncə 2014-cü ildə Almaniya, 2016-cı ildə Yaponiya və 2018-ci ildə Türkiyə komandaları üzərində qələbə qazanmaqla 3 dəfə ardıcıl olaraq Dünya Komanda Komitəsi Çempionatının qalibi olublar.

İran komandası Spaniya Dünya Kuboku yarışlarının final mərhələsinə çatmaq üçün yarım final mərhələsində Yaponiya komandasını məğlub edib.
Yarışların sonunda Misir komandası çempion olub, İran komandası ikinci və Yaponiya komandası isə üçüncü yeri tutub.

Dünya yarışlarında 3 dəfə çempionluq və 1 dəfə ikinci yer, Asiya Çempionatı yarışlarında 5 dəfə çempionluq və Tokio Olimpiyadasında İran karate tarixinin yeganə qızıl medalı Herəvinin baş məşqçiliyi və Səccad Gənczadənin məşqçiliyi ilə əldə olunub.