Hərbiçilərin cüdo üzrə Dünya Çempionatı (SİZM) yarışlarının sonunda İranın kişilərdən ibarət cüdo komandası bürünc medal qazanıb.
Hərbiçilərin cüdo üzrə Dünya Çempionatı Özbəkistanın ev sahibliyi ilə çərşənbə günü başlayıb və cümə günü sona çatıb.
Bu yarışlar 150 kişi və 64 qadın çüdoçunun iştirakı ilə keçirilib. İranın kişilərdən ibarət cüdo komandası ilk mübarizədə Ərəbistan komandasını məğlub etməyə müvəffəq olub.
Yarışların ikinci turunda İran təmsilçiləri İtaliyaya məğlub olaraq revanş cədvəlinə daxil olublar.
Revanş cədvəlində İranın cüdo komandası komanda hesabında Çili, Türkmənistan və Cənubi Koreanı məğlub edərək, sonda bürünc medal qazanıb.