İranın monopoliyasında nanotexnologiya ilə müxtəlif növ kompakt disklərin istehsalı

İranlı mütəxəssislər kompakt disklərin istehsal xəttində nanotexnologiyadan istifadə etməklə dünyada texnologiyası olmayan bir neçə yeni məhsul istehsal etməyə müvəffəq olublar.

Dünyada ilkin kompakt disk məhsulunun əsas dayağı metalizator olub. Yəni CD üzərində təmiz gümüş təbəqəsi olmalıdır və əvvəllər bu təbəqə normal qalınlıqlarda olanda təmiz gümüşlü CD çox yüksək qiymətə malik idi. Yerli şirkətlərdən biri nanotexnologiyanın köməyi ilə bu təbəqədə müəyyən dəyişikliklər yaradıb. Bu da məhsulun yekun qiyməti, xammalı və keyfiyyətində müsbət təsir qoyub.

Bu şirkətin baş direktoru Məhəmməd Rza Maşallahi şirkətin tarixçəsi barəsində deyib: “Bu şirkət 2013-cü ildə ölkədə kompakt disk istehsalına başlayıb. Nominal gücümüz gündə təxminən 2 milyon CD-dir. Biz Orta Şərqdə ilk dəfə olaraq CD istehsalına nail olmuşuq. Şirkət yaradılan zaman biz beynəlxalq səviyyədə istehsal həcmi baxımından 4-cü şirkət idik. Hal-hazırda isə dünya səviyyəsində CD istehsal edən ən böyük şirkətik. Daha böyük həcmli şirkətlər digər sənaye sahələrinə daxil oldular. İndi biz Orta Şərqdə yeganə və birinci istehsalçı kimi ölkədə xam DVD istehsal edirik.

Bu illər ərzində bizim məhsullarımız 40-dan çox ölkəyə ixrac edilib. Hal-hazırda sanksiya və məhdudiyyətləri nəzərə alaraq məhsullarımıza daha çox qonşu ölkələrdən müraciətlər var və daha çox qonşu ölkələrə ixrac edilir.

Ölkənin rəsmi reytinqlərində biliyə əsaslanan və yüksək texnologiyalar qrupunda olan yeganə məhsulu ölkəyə gətirə bildik. Biz texnologiyanı ölkəyə gətirməklə bu məhsulu ölkədə istehsal etməyi bacardıq. Hal-hazırda CD-nin bütün istehsal prosesi iranlı mütəxəssislər tərəfindən hazırlanır.”

Bu fəal texnoloq şirkətin məhsullarının texnologiyasının izahında deyib: “Ümumiyyətlə nanotexnologiya ilk olaraq məhsulun özündə olub. Biz bu məhsulun yüksək dəqiqlikli yaxud yüksək texnologiyalı istehsalına yiyələnməklə yanaşı, tədiqat və inkişaf bölmələrimiz nano hissələrə agah olduğundan, bu qrupdan olan yeni məhsullar istehsal edə bildilər. İndi fabrikdə dünyada texnologiyası olmayan bir neçə növ kompakt disk istehsal olunur.

Kompakt disk sənayesində metalizator hissəsi dünya səviyyəsində ilkin kompakt disk məhsulunun əsas dayağı olub. Yəni CD üzərində təmiz gümüş təbəqəsi olmalıdır və əvvəllər bu təbəqə normal qalınlıqlarda olanda təmiz gümüşlü CD çox yüksək qiymətə malik idi. İstehsal prosesində bu təbəqəni aşağı salmaq çox qiymətlidir. Biz fabrikin tədqiqat və inkişaf şöbəsi və tərafdaş şirkətlərlə birlikdə bu təbəqədə dəyişiklik yarada və məhsulun yekun qiyməti, xammalı və keyfiyyətində müsbət nəticə əldə edə bildik.

Biz Nano Mərkəzinin köməyi ilə bu mərhələlərin bir çoxunu yaxşı şəkildə həyata keçirə bildik. CD istehsalının müxtəlif mərhələlərində nano prosesləri mənimsəməklə bu məhsulda dəyişikliklər edərək keyfiyyət, məlumat həcmi və xammalın çəkisi və müxtəlif növ xammalın sərfiyyatı baxımından yeni məhsullar yarada bildik.”

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir