İranın qızlardan ibarət Omid Karate Komitəsinin komandası dünya ikincisi olub

İranın qızlardan ibarət Omid Karate Komitəsinin komandası qızıl və bürünc medal qazanmaqla dünya ikincisi olub.

İtaliyanın Venesiya şəhərində 5 gün ərzində 113 ölkədən olan 1997 karateçinin iştirakı ilə Karate yarışları üzrə 13-cü Dünya Çempionatı keçirilib. Bu yarışlardaİranın qızlardan ibarət Omid Karate Komitəsinin komandası bir qızıl və bir bürünc medal əldə etməklə dünya ikincisi adını qazanıb. FatimeZəhra İrana qızıl medal və Yəlda Nəqi Biranvənd isə bürünc medal qazandırıb.

Omid komandasının olduğu rentinq cədvəlində Misir bir qızıl və bir gümüş medalla dünya çempionu olub. İran bir qızıl və bir bürünc medalla ikinci yeri tutub. Yaponiya, Fransa və İsveç isə bir qızıl əldə etməklə üçüncü sırada yer alıblar.

Ümumilikdə İran komandası hər üç yaş kateqoriyasında 12-ci yerdə qərarlaşıb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir