Quru Qoşunları Komandanı bildirib: Quru Qoşunlarının istehsalı olan bütün raketlər smartlaşdırılıb.
Xarici KİV-in verdiyi məlumata görə, İran Ordusunun Quru Qoşunları Komandanı Əmir Kiyumərs Heydəri bir müsahibəsində bildirib: “Quru Qoşunlarının istehsalı olan bütün raketlər ağıllılaşdırılıb. Bu raketlər dörd əsas xüsusiyyətə malikdir: uzaq mənzilli atış qabiliyyəti, dəqiq hədəfləmə (nöqtəvurma), ağıllı idarəetmə və şəbəkələşmə imkanı.”
O, həmçinin deyib: Elektron müharibəyə qarşı dayanma qabiliyyətinə malik bu raketlər yerli mütəxəssislərin imkanlarına əsaslanaraq istehsal edilib və hava qüvvələri helikopterlərində sınaqdan keçirilib.