İran İslam Respublikası 1979-cu ildə İslam inqilabından sonra müxtəlif sahələrdə, xüsusən də hərbi və müdafiə texnikası sahəsində mühüm irəliləyişlər əldə edib.
İran son illər ərzində müxtəlif modellərə, imkanlara və mənzillərə sahib raketlər istehsalı sahəsində misli görünməmiş inkişaflar vasitəsi ilə qlobal səviyyədə aparıcı rola sahib olub.
Uzaq mənzilli raketlərin çəkisinin dörddə birə enməsi, raketlərin döyüş başlıqlarının səmərəliliyinin 10 dəfəyə qədər yüksəldilməsi, keçmişlə müqayisədə onun hazırlanma müddətinin altıda birə endirilməsi və “Pave” adlı 1650 km uçuş məsafəsinə malik qanadlı raketin təqdim olunması İran raketlərinin xüsusiyyətlərindəndir.
2015-ci ilə və “İmad” raketinin təqdimatına qədər İran raketləri yalnız raketin naviqasiya, istiqamətləndirmə və ümumi nəzarət sistemlərinin dəqiqliyinə çata bilib. Ayrılan döyüş başlıqlı İmad raketi sona qədər idarəetmə sisteminə malikdir. İranın uzun mənzilli raketlərinin növbəti addımı istənilən nöqtəni vura biləcək həddə qədər inkişaf etmək olub.
Bu yolun davamında “Qədr” kimi 2000 km-ə qədər uzun mənzilli raketlərə istənilən nöqtəni vurma qabiliyyəti artırılıb. Bundan sonra “Qiyam” (800 km uçuş mənzilli) və “Xurrəmşəhr” (1800-2000 km uçuş mənzilli) raketlərə qədər irəliləyib. Nəhayət, “Şəhab 2” (800 km uçuş mənzilli) raketləri də bu inkişafdan geri qalmayıb. Bu raketlərdə yolu düzəltmək və çox yüksək dəqiqliyə nail olmaq imkanı olmasına baxmayaraq, döyüş başlıqları yenə də ballestik elliptik orbitdə hərəkət edirdilər. Bu da, raketdən müdafiə qalxanlarına onun davamını proqnozlaşdırmaq məqsədilə qət edilən yolu təhlil etməyə imkan verir və hücum edən mərmi ilə effektiv vuruşma şansını artırır.
Buna görə də, İranın raket proqramının son mərhələsində manevr qabiliyyətli ballestik başlıqların inkişafı ideası xüsusi yer aldı. Raket müdafiə sistemləri üçün ballestik və hesablana bilən orbitdən kənar, düşmən sistemlərinin onun yolunu proqnozlaşdırmaqda və beləliklə də onları bağlamaqda problemlə üzləşə biləcək döyüş başlıqlarının hazırlanması gündəmə gətirildi.
Bu ideya SEPAH Aerokosmik Qüvvələrinin komandanı tərəfindən hipersonik raketin hazırlanması xəbəri ilə əməliyyat aspekti aldı.
Çox yüksək sürətli olduğuna görə hipersonik raketin dağıdıcı qüdrəti qarşısında müdafiənin çətinliyi, manevr qabiliyyəti və uçuş zolağının proqnozlaşdırıla bilməməsi, qitələrarası hədəfləri vurmaq üçün kifayət qədər uçuş məsafəsinin olması İran İslam Respublikasının Silahlı Qüvvələrinin ixtiyarına güclü və çəkindirici silah verib.