İranın sərbəst güləş üzrə yığma komandası müxtəlif rəngli 9 medalla Asiya zirvəsinə yüksəliblər.
Xarici KİV-in verdiyi məlumata görə, sərbəst güləş üzrə Asiya çempionatı turniri Mart ayının 30-u başa çatıb və İran milli komandası çempionluq titulunu qazanıb.
İlk dəfə Asiya çempionatına gənc heyətlə qatılan İran sərbəst güləş üzrə yığma komandası 9 medal qazana bilib və 190 xalla çempion adını qazanıb. Yaponiya ikinci və Qazaxıstan isə üçüncü yeri tutub.
Medal sahiblərinin adları aşağıdakı kimidir:
Qızıl: Mehdi Yusifi, Əbülfəzl Rəhmani, Əmirhüseyn Firuzpur, Əmirrza Məsumi
Gümüş: Milad Valizadə
Bürünc: Əhməd Məhəmmədnejad Cavan, Abbas İbrahimzadə, Sina Xəlili, Məhəmməd Mubin Əzimi