İran İslam Respublikasının pavilyonu Türkiyədə keçiriləcək Plast Eurasia 2024 sərgisində İran şirkətlərinin elm təməlli məhsullarının təqdim edilmə və tanıtdırılma platforması olacaq.
Xarici KİV-in verdiyi məlumata görə, cari ilin Dekabr ayında Türkiyənin İstanbul şəhərində keçiriləcək 33-cü Plast Eurasia sərgisdində Beynəlxalq Elmi və Texnoloji Əməkdaşlığın İnkişafı Təşkilatının dəstəyi və elm təməlli şirkətlərin xidmət və məhsullarının ixracatının genişləndirilməsi məqsədi ilə İranın elm təməlli şirkətlərinin pavilyonu qurulacaq.
Avrasiya Plastik və Əlaqədar Sənayelər Sərgisi Avrasiya regionunda keçirilən ən böyük plastik sərgisidir. Türkiyənin Plastik Sənaye Təşkilatının əməkdaşlığı ilə keçirilən bu sərgi digər beynəlxalq şirkətlər və brendlərlə qarşılıqlı əlaqələr istiqamətində olan bir fürsətdir.
Bu sərgi beynəlxalq bazarlarda mövcud olmaq və xüsusən də Avrasiya regionunda geniş bazarlar tapmaq üçün bir fürsət olduğundan çox əhəmiyyətlidir. Ən son texnologiyaların kəşf olunması, biznes qeydiyyatı, İran istehsalçılarının brendini düyaya tanıtdırmaq, B2B görüşləri, biznes strategiyasının inkişafı, qiymətlərin və məhsulların müqayisə olunması Türkiyə Plastik Sərgisində iştirak etməyin üstünlüklərindəndir.
90 kvadratmetr sahəsi olan pavilyon sərginin 2-ci mərtəbəsində yerləşir. Həmçinin 14 elm təməlli şirkətin iştirak etdiyi fond pavilyonunda hər bir şirkətə 6.42 kvadratmetr yer ayrılacaq.