Aerokosmik Tədqiqatlar İnstitutunun akademik heyətinin üzvü, İranın Milli Elm Fondunun dəstəyi ilə xərçəng əleyhinə birləşmə fizalin (pərdəarxası kukla bitkisi) istehsal etmək üçün in vitro çoxalma və hüceyrə süspansiyon mədəniyyəti üzrə texniki biliklərə yiyələnməyə nail olub.
İran Milli Elm Fonduna istinadən verilən məlumata əsasən, “Anti-xərçəng birləşməsi fizalin istehsalı üçün in vitro çoxalma və hüceyrə suspenziyası mədəniyyətinə dair texniki biliklərə nail olmaq” İran Milli Elm Fondunun dəstəyi ilə həyata keçirilən Aerokosmik Tədqiqatlar İnstitutunun akademik heyətin üzvü Həlimə Həsənpurun tədqiqat layihəsinin adıdır.
Bitki biologiyası-fiziologiyası üzrə doktotant və Aerokosmik Tədqiqatlar İnstitutunun Aerokosmik Fiziologiya bölməsinin dosenti Həsənpur bu layihə haqqında belə açıqlama verib: “Bitkilər, genetik ehtiyatlar və qaynaqların bir hissəsidir. Dünyada bitki dərmanlarının ticarəti gündən-günə artmaqdadır və bu, müxtəlif növlərin nəslinin kəsilməsi təhlükəsi ilə üzləşməsinə səbəb olub. Bu resurslardan optimal və məntiqi şəkildə istifadə edilməsi kimyəvi dərman sənayesinə nisbətən çox daha ucuz və sadə olan bu texnologiya vasitəsilə cəmiyyətin əsas səhiyyə və müalicə ehtiyaclarının bir hissəsini qarşılamaqla yanaşı, valyuta axınının qarşısını alaraq xarici asılılığın artmasının da qarşısını ala bilər.”
O, əlavə olaraq deyib: “Hüceyrə və toxuma süspansiyonunun becərilməsi kimi biotexnologiya üsullarından istifadə bu milli sərvətləri qorumağa və bununla da bu bitkinin cəmiyyətdə davamlı inkişafına nail olmağa kömək edə bilər.”
O, sözlərinin davamında bildirib : Pərdəarxası kukla dünyanın mülayim bölgələrində bitən bir illik və ya çoxillik bitkidir. Bu bitki anti-xərçəng və anti-diabet müalicəvi xüsusiyyətlərə malikdir və bu gün çox maraq doğurur, əlavə tədqiqata ehtiyac duyur.
Bu tədqiqatçı və alim, “Pərdəarxası kukla bitkisi”nin çoxaldılmasının vacibliyinə toxunaraq dedi: Fizalinin dəyərli tərkibini nəzərə alaraq, bu tədqiqat layihəsində məqsədimiz bitkinin toxuma və hüceyrə kulturası vasitəsilə regenerasiyası və çoxaldılması yolu ilə onun genetik ehtiyatlarının qorunması və davamlı istifadəsini təmin etmək idi.
Həsənpur sonda qeyd edib: Bu tədqiqatın nəticələri, ölkənin yerli və qiymətli dərman bitkilərinin genetik ehtiyatlarının qorunması ilə yanaşı, laboratoriya şəraitində dərman metabolitlərinin yarı-sənaye səviyyəsində istehsalına və hüceyrə kultivasiya texnologiyasının inkişafına yol açacaq. Bununla da, ölkənin dərman xammalına olan asılılığını azaltmaq istiqamətində mühüm addımlar atmaq mümkün olacaq.