İranın yeniyetmə Yunan-Roma güləşçilərinin dünyada üstünlüyü

İranın yeniyetmə Yunan-Roma güləş komandası dünya yarışlarında 6 müxtəlif medalla çempionluq titulunu qazanıb.

Xarici KİV-in verdiyi məlumata görə, yeniyetmələr arasındaYunan-Roma güləş üzrə dünya çempionatının yarışları təsnifat mərhələsində və ikinci 5 çəki dərəcəsində final mərhələsində izlənilib.

İran komandası üçün 92 kq çəki dərəcəsində Əmirşam Məhəmmədi qızıl medal, 110 kq çəki dərəcəsində Yəzdan Delruz gümüş medal, 48 kq çəki dərəcəsində Əmirməhəmməd Hacıvənd, 55 kq çəki dərəcəsində Əmirrza Təhmasibpur, 60 kq çəki dərəcəsində Əbülfəz Zari və 71 kq çəki dərəcəsində Məhəmməd Kazimi bürünc medal qazanıblar.

Komandalar arasında İran 125 xalla çempion olub, Özbəkistan 118 xalla ikinci, Qazaxıstan isə 113 xalla üçüncü yeri tutub.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir