İranın Yunan-Roma güləş komandası 5 qızıl və 3 gümüş medalla Asiya zirvəsinə qalxıb

İranın Yunan-Roma güləşi üzrə yığma komandası Asiya Çempionatında birinci yeri tutub.

Xarici KİV-in verdiyi məlumata görə, Mart ayının 26-sı Yunan-Roma güləşi üzrə ikinci beş çəki dərəcəsində Asiya çempionatı keçirilib.

Yarışın yekununda Rəngərzin tələbələri 201 xalla çempionluq titulunu qazanıb və növbəti dəfə Asiyada birinci yeri tutublar. İkinci və üçüncü yerləri 168 və 131 xalla Özbəkistan və Yaponiya tutub.

İranın medal qazanan idmançılarının adları aşağıdakı kimidir:

Qızıl medal: Səid İsmaili, Daniyal Söhrabi, Məhəmməd Naqusi, Məhəmmədhadi Sarəvi və Fərdin Hidayəti
Gümüş medal: Məhəmmədməhdi Koştkar, Əlirza Abdivəli, Yasin Yəzdi

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir