İranlı həkimlər ilk dəfə olaraq bətndəki uşağın (döl) beynini əməliyyat ediblər

İranlı həkimlər regionda ilk dəfə olaraq dölün nadir xəstəliyini ana bətnində müalicə etməyi bacarıblar.

Xarici KİV-in verdiyi məlumata görə, bu əməliyyat Tehranın İmam Xomeyni (r.h) xəstəxanasında dölün beynində bir növ arteriovenoz malformasiyasının müalicəsi üçün həyata keçirilib. Bu xəstəlik müalicə olunmadığı təqdirdə döl və köprə üçün təhlükəli problemlər yarada bilərdi.

Mamalıq və ginekologiya üzrə mütəxəssis dr. Siddiqə Burna verdiyi müsahibədə bildirib: Bu əməliyyatın məqsədi ehtimal olunan yan təsirlərin azaldılması üçün dölün beyin qan damarlarının müalicəsidir.

Bu əməliyyat ilk dəfə olaraq Amerikada görkəmli iranlı həkim və ABŞ-ın Massaçusets xəstəxanasının Embriologiya şöbəsinin müdiri dr. Şəmşirsazın nəzarəti altında uğurla həyata keçirilib. O, bir müddət sonra bu təcrübəni İmam Xomeyni (r.h) xəstəxanasına gətirib.

Harvard Universitetinin professoru dr. Əlirza Şəmşirsaz bildirib ki, “Qalen damarı” problemlərinin müalicəsi üçün ultrasəs dalğalarından istifadə edilir və müalicə olunmadığı təqdirdə qanaxma, ürək dayanması yaxud ürək çatışmazlı ilə nəticələnə bilir.

Rentgenoloq dr. Hüseyn Qənaəti isə deyib: Döl bir növ şişkinlikdən əziyyət çəkirdi ki, bu da beynin qan damarlarına təzyiq göstərirdi. Buna görə də, artıq qan axınını dayandırmaq üçün ampula ananın dərisi vasitəsi ilə dölün başına daxil edildi.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir