Royan Tədqiqat İnstitutunun elmi heyətinin üzvü olan iranlı bir qadın həkim “BRICS tibb və səhiyyə sahəsində qadın sürətləndirici” rəqabətində seçilmiş insanlardan biri olub.
Royan Tədqiqat İnstitutunun elmi heyətinin üzvü və elm təməlli bir şirkətin direktoru Mərziyə İbrahimi xərçəng və otoimmün xəstəliklərin müalicəsi üçün immun hüceyrələr bankının yaradılması ideyası ilə “BRICS tibb və səhiyyə sahəsində qadın sürətləndirici” yarışında seçilmişlərdən olub.
Oktyabrın 17-dən 20-nə qədər Moskvada keçirilən “BRICS tibb və səhiyyə sahəsində qadın sürətləndirici” yarışlarının sonunda Royan Tədqiqat İnstitutunun Tədqiqat və Texnologiya İdarəetmə Departamentinin direktoru və elmi heyətinin üzvü dr. Mərziyə İbrahimi BRICS Qadın Biznes Birliyi tərəfindən tibbi ideyası və yaradıcı tibbi fəaliyyətli şirkəti ilə seçilmiş şəxslərdən biri olaraq təqdim olunub, yüksək qiymətləndirilib.
Bu yarış BRICS-ə üzv ölkələrdə ticari və innovativ potensiallı ən səmərəli qadın startaplarını müəyyən edib, təşviq etmək və sahibkarlıq fəaliyyətində iştirak etmək üçün genişlənnmə perspektivi ilə onların motivasiyasını artırmaq məqsədi ilə keçirilir.