Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) İsveçrənin Cenevrə şəhərində keçirilən 50-ci Ümumdünya İxtiralar Sərgisində öz mükafatını İrandan olan mama-ginekoloq “Həsti Hüseyni”yə verib.
Bu iranlı qadın HPV-yə nəzarət etmək və uşaqlıq boynu yaralarını sağaltmaq üçün kök hüceyrələrdən istifadə etməyi bacarıb. Bu humanitar ixtira Beynəlxalq İxtiraçılar Federasiyasının (IFIA) Baş Katibindən A dərəcəli standart və innovasiya və Cenevrədəki İsveçrə münsiflər heyətindən xüsusi Qızıl Plus medalı alıb.
ÜƏMT Mükafatı ən qiymətli qlobal ixtira medalıdır və Cenevrədə Birləşmiş Millətlər Təşkilatının himayəsi altında keçirilən qlobal ixtiraların Nobel mükafatı kimi tanınır. Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumudur və bütün dünyada innovatorlara və yaradıcılara xidmət edir, onların ideyalarının təhlükəsiz şəkildə bazara çıxarılmasını və hər yerdə həyat keyfiyyətinin yaxşılaşdırılmasını təmin edir.
Hər il Ümumdünya İxtiraçılar Təşkilatı həmin ilin ən yaxşı ixtirasına ÜƏMT medalını verir. O, həmçinin 2024-cü ilin Sentyabrında ABŞ-ın Silikon Vadisi ştatında HPV sahəsində tibbi ixtirasına görə qızıl medal qazanıb.