İranlı şagird tərəfindən hazırlanmış uşaq mühafizə robotu

Milli texnologiya tədbirində seçilən şagirdlər İnotex sərgisində iştirak edirlər.

Xarici KİV-in verdiyi məlumata görə, iranlı şagirdlərdən biri bir layihə təqdim etməklə üçüncü “Danva” Milli Şagird Texnologiya tədbirinin qaliblərindən olub.

O, uşaqların təhlükəsizliyini təmin etmək məqsədi ilə “uşaq mühafizə robotu” adlı ağıllı bir sistem hazırlayıb. Bu robot ətraf mühiti nəzarətdə saxlayır və təhlükə hiss etdikdə, evə oğru daxil olduqda avtomatik olaraq valideynin mobil telefonuna zəng edir.

Bu robotun daxilində çip yerləşdirilib və o, təhlükə anlarında valideynlə əlaqə saxlayır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir